SON XƏBƏRLƏR

“Haaretz” Qəzeti: “Hökumət razılıq verən kimi İsrail ordusu İrana hücum əməliyyatına başlayacaq”

2021.12.31, 11:39
“Haaretz” Qəzeti: “Hökumət razılıq verən kimi İsrail ordusu İrana hücum əməliyyatına başlayacaq”

Gunaz.tv

İsrail ordusunun hərbi rəsmilərinə istinad edən qəzet yazıb ki, İsrail ordusunun komandirləri İranın nüvə mərkəzlərinə hücuma keçmək üçün hökumət rəhbərlərinin yaşıl işığını gözləyir.

“İsrail ordusu hökumət razılıq verən kimi İrana hücum etmək üçün hərbi əməliyyatların icrasına başlayacaq”, -deyə İsrailin “Haaretz” qəzeti yaydığı məlumatda bildirib.

“Haaretz” qəzeti həmçinin bildirib ki, İsrail ordusu İrana qarşı mümkün hücumla yanaşı Tehranın Qəzzə zolağındakı müttəfiqləri olan “Həmas” və Livan “Hizbullah”ı kimi terrorçu qruplaşmalara qarşı əməliyyatlara da tədarük görüb.

Məlumatda bildirilir ki, İsrail ordusu özünün hərbi proqramlarını elə tənzimləyib ki, İranla hər hansı bir savaş baş verəcəyi təqdirdə Tehranın dəstəklədiyi həmin terrorçu qruplaşmalar İsrailə qarşı atacaqları hər bir addımın çox ağır bədəlini ödəməli olacaqlar. 

Qeyd edilir ki, Tehran və onun dəstəklədiyi həmin qruplaşmalarla hərbi qarşıdurmalar baş verəcəyi təqdirdə, İsrail ordusu sonunda bütün cəbhələrdə misli görünməmiş uğurlara imza atacaq. 

بودجه ۱،۵ میلیارد دلاری اسرائیل برای حمله احتمالی به ایران | جهان | DW |  19.10.2021

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar