SON XƏBƏRLƏR

Sabah Ermənistanda prezident seçkiləridir - Bir namizəd var

2022.03.02, 06:02
Sabah Ermənistanda prezident seçkiləridir - Bir namizəd var

Gunaz.tv

Hakim “Vətəndaş müqaviləsi” Partiyasının nümayəndəsi, yüksək tüxnologiyalar sənayesi naziri Vahan Xaçatryan ölkə başçısı postuna yeganə namizəddir.

Dünən - martın 1-də ölkənin qanunverici orqanı olan Milli Assambleyanın sessiyası başlayıb. Sessiya bu gün də davam edəcək. Martın 3-də isə parlamentdə yeni prezidentin seçilməsi üçün səsvermə keçiriləcək.

Qeyd edək ki, Ermənistanın sabiq prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verib. Müxalifət prezidentliyə namizəd irəli sürməyib.

Ermənistan prezidenti parlamentdə seçilir.

Hazırda müvəqqəti olaraq prezident səlahiyyətlərini parlamentin spikeri Alen Simonyan icra edir.

Siyasi ekspertlər V.Xaçatryanın səsvermənin birinci turda seçilməyəcəyini, lakin ikinci turda seçiləcəyini proqnozlaşdırıblar. (modern.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar