SON XƏBƏRLƏR

Abbas Əraqçi: “Əgər Amerika İrana qarşı maksimum təzyiq siyasətindən əl çəksə müzakirə qapıları açılacaq”

2021.10.20, 07:36
Abbas Əraqçi: “Əgər Amerika İrana qarşı maksimum təzyiq siyasətindən əl çəksə müzakirə qapıları açılacaq”

Gunaz.tv

GünazTV: Nyu-Yorkda səfərdə olan İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi sentyabrın 22-də “The İndependent” online qəzetinə müsahibəsində Amerikanın İrana qarşı maksimum təzyiq siyasətindən və Tehranla Vaşinqton arasında mümkün müzakirədən danışıb.

 

Amerikanın İrana qarşı genişmiqyaslı sanksiyalarını ölkəyə qarşı “iqtisadi savaş” adlandıran Əraqçi deyib ki, Tehranla Vaşinqton arasında mümkün danışıqların baş tutması, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməsindən və təzyiq siyasətini dayandırmasından asılıdır: “Hesab edirik ki, ölkəmizə qarşı elan edilən iqtisadi savaşın dayandırılması gerçək müzakirələrlə nəticələnə bilər. İran İslam Respublikasının Amerikanın ölkəmizə qarşı apardığı maksimum təzyiq kampaniyasını qarşısındakı siyasəti maksimum müqavimət göstərməkdir. Nə qədər ki, bizə qarşı maksimum təzyiq kampaniyası aparılır, maksimum müqavimət siyasəti də davam edəcək.

 

Əgər Amerika İrana qarşı maksimum təzyiq siyasətindən əl çəksə, müzakirələr üçün qapılar açılacaq. Yox əgər ölkəmizə qarşı göstərilən iqtisadi təzyiqlər hərbi təzyiqə çevrilərsə, o zaman biz də onun qarşısında hərbi müqavimətə üz tutacağıq.

 

Hesab edirəm ki, iqtisadi savaşa son qoymaq üçün hər şeydən əvvəl bir atəşkəsə ehtiyacımız var. Elə bir atəşkəs ki, biz həqiqi müzakirələrə üz tuta bilək və davamlı həll yollarını axtarıb tapa bilək. Aydın məsələdir ki, nə biz, nə də başqa hər hansı bir ölkə təzyiq altında olduğu halda müzakirə aparmayacaq.

 

Ruhani ilə Trampın bir-biri ilə görüşməsi məsələsinə gəlincə, güman edirəm ki, əgər Amerika nüvə sazişinə (“Bərcam”a) qayıtsa, o zaman hər iki prezident qarşılıqlı iclaslarda görüşə bilərlər. Daha doğrusu, əgər prezident Tramp tərk etdiyi həmin sazişə qayıtsa, biz 5+1 qrupunun çərçivəsində keçirilən iclaslarda yenidən amerikalılarla görüşəcəyik” –deyə İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi bəyan edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar