SON XƏBƏRLƏR

Abbas Lisani aclıq aksiyasını davam etdirir

2021.10.20, 07:36
Abbas Lisani aclıq aksiyasını davam etdirir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hərəkatının tanınmış mübariz fəalı Abbas Lisani aclıq aksiyasının 9-cü günündədir.

 

Abbas Lisani məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

 

Zindan məsulları 8 gündür aclıq aksiyası keçirən tanınmış fəalın tələbi və onun vəziyyətinə laqeyd yanaşır.

 

Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb.

 

Fəalın yaxınlarının dediyinə görə, Abbas Lisaninin vəkili məhkəmə iclasından əvvəl onun mütaliə etməsi üçün dosyesinin xülasəsini zindanın katibliyinə təhvil verib. Lakin zindan məsulları, həbsxananın təhlükəsizlik bölümünün rəisi Surazərin göstərişi ilə həmin vərəqələri Abbas Lisaniyə təhvil verməkdən imtina edir.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O artıq 4.5 aydan çoxdur ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Fəal saxlanmasını qanunsuzluq və özbaşınalıq adlandıraraq dindirilmə zamanı soruşulan suallara cavab verməkdən imtina etmişdir.

 

Abbas Lisani başqa bir dosyeyə görə, konkret olaraq musiqi ustadı mərhum Həsən Dəmirçinin dəfn mərasimində etdiyi çıxışla bağlı “İslam Cümhuriyyətinə müxalif olan qrupların xeyirinə olaraq sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 10 ay həbs cəzasına məhkum edilib.

Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsi, Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən çıxarılan 10 aylıq həbs hökmünü aprel ayında keçirilən iclasda olduğu kimi qüvvədə saxlayıb. Fəalın hər iki məhkəmə iclası qiyabi olaraq keçirilib, Ərdəbil zindanında saxlanılan fəal Apelyasiya Məhkəməsinin keçirdiyi iclasa buraxılmayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar