SON XƏBƏRLƏR

Abbas Lisani aclıq aksiyasının 8-ci günündə

2021.10.20, 07:36
Abbas Lisani aclıq aksiyasının 8-ci günündə

Gunaz.tv

GünAz TV: Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisani aclıq aksiyasının 8-ci günündədir.

 

O, məhkəmə prosesində özünü müdafiə etmək üçün vəkili tərəfindən hazırlanıb zindana verilən dosyenin xülasəsi ona təhvil verilməməsinə etiraz olaraq mayın 27-də aclıq aksiyasına başlayıb.

 

Fəalın yaxınlarının dediyinə görə, Abbas Lisaninin vəkili məhkəmə iclasından əvvəl onun mütaliə etməsi üçün dosyesinin xülasəsini zindanın katibliyinə təhvil verib. Lakin zindan məsulları, həbsxananın təhlükəsizlik bölümünün rəisi Surazərin göstərişi ilə həmin vərəqələri Abbas Lisaniyə təhvil verməkdən imtina edirlər.

 

Fəal aclığa başladıqdan bir gün sonra həbsxananın karantin bölümünə köçürülüb. 

 

Zindan məsulları bir həftədir aclıq aksiyası keçirən tanınmış fəalın tələbi və onun vəziyyətinə laqeyd yanaşır.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O artıq 4.5 aydan çoxdur ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

 

Fəal saxlanmasını qanunsuzluq və özbaşınalıq adlandıraraq dindirilmə zamanı soruşulan suallara cavab verməkdən imtina etmişdir.

 

Abbas Lisani Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar