SON XƏBƏRLƏR

Abbas Lisani iddianamədə qeyd olunan ittihamlarla bağlı sonuncu dəfə olaraq özünü müdafiə edib

2021.10.20, 07:36
Abbas Lisani iddianamədə qeyd olunan ittihamlarla bağlı sonuncu dəfə olaraq özünü müdafiə edib

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin sonuncu dəfə olaraq ittihamlarına baxılıb.

 

O martın 10-da Ərdəbilin Mərkəzi Zindanından bu şəhərin Prokurorluğuna aparılıb.

 

Fəal Prokurorluğa aparıldığı zaman məhbuslara məxsus geyimi geyməkdən imtina edib, o bunun insan məqamına hörmətsizlik olduğunu bildirib. Zindan məsulları isə buna qarşılıq olaraq onu əl-ayaqları qandallı şəkildə nəzərdə tutulan şöbəyə aparıblar.

 

Azərbaycanlı fəal bundan əvvəl məhkəmə proseslərində olduğu kimi yenə də özünü türk dilində müdafiə edib. Təhlükəsizlik qüvvələri tərəfindən saxlanmasını qanunsuz hesab edən fəal dindirmə zamanı suallara cavab verməkdən imtina edib.

 

Ərdəbil prokurorunun müavini cənab Nonəhal fəalın ittihamlarla bağlı sözlərini dinləyib. Onun sözlərinə görə, artıq bu son mərhələdir, fəalın dosyesi iddianamədə qeyd olunan “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək və milli təhlükəsizliyə qarşı təhdid yaratmaq”, “Qanunsuz qrup yaratmaq” və “Sistemin əleyhinə təbliğat aparmaq” ittihamları ilə məhkəməyə göndəriləcək.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində qiyabi məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Eteelaat İdarəsinin təcrixanasına aparılıb. Ona hətta mühakiməsi zamanı məhkəməyə gedən çox sayda azərbaycanlı milli-mədəni fəalla görüşməsinə də icazə verilməyib və gizli şəkildə saxlanılıb.

 

 Abbas Lisani hazırda Ərdəbil zindanının 8-ci bölümündə müvvəqqəti olaraq saxlanılır. Fəal yaxalandığı gündən Tehran Əyaləti də daxil olmaqla Güney Azərbaycanın əksər şəhərlərində onun saxlanmasına qarşı müxtəlif formalarda etirazlar başlayıb. İnternet və real həyatda edilən etirazlara “Traxtur” futbol komandasının tərəfdarları da qoşulub. Onlar komandanın görüşlərində tanınmış fəalın azadlığa buraxılmasını tələb edən şüarlar səsləndirir və rejimin bu hərəkətini kəskin pisləyirlər.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar