Abbas Lisani və Yusif Kari Ərdəbil həbsxanası tibb mərkəzingeri qaytarılıblar

2020-12-02 07:55

Hər iki məhbusda ciddi koronovirus simptomlarının görünməsinə baxmayaraq onlara qanunda nəzərdə tutulmuş tibbi məzuniyyətdə verilmir.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil həbsxanasının 7-ci bölməsində saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari, bu gün, 1 dekabr 2020-cı il çərşənbə axşamı, ailəsi ilə telefon əlaqəsi zamanı noyabrın otuzundan birinə keçən gecə Abbas Lisani ilə birlikdə koronovirus simptomları ilə Ərdəbil həbsxanasının tibb mərkəzinə köçürüldüyünü, ancaq həbsxananın başqa bölmələrindən çox sayda koronovirus xəstəsinin tibb mərkəzində yerləşdirildiyi və boş yer olmadığı üçün yenidən 7-ci bölməyə qaytarıldıqlarını bildirib.

 

Y.Kari telefon danışığında gecə qızdırmasının 39 dərəcəyə qalxdığını, Abbas Lisaninin hələ də quru öskürək, baş ağrısı, əzələ ağrıları və nəfəs çatışmazlığı keçirdiyini söyləyib.

 

Cənab Kari ailəsi ilə təmasda onuda əlavə edib ki, həbsxana rəhbərliyi koronovirus əlamətləri səbəbiylə 7 saylı şöbənin vəkilinə 14 gün tibbi məzuniyyət verdiyi halda, o və Abbas Lisani Ərdəbil prokrorluğunun göstərişi olmadığı üçün bu haqdan məhrum edilib.

 

Qeyd edək ki, İranda koronovirus meydana gəldiyindən, İran məhkəmə orqanlarının əmri ilə, məhbusların əksəriyyəti tvirusun təhlükəli “qırmızı” vəziyyətə çatdığı səbəbiylə məhbuslar evlərinə buraxılsada, bir sıra məhkumlar məhkəmə-təhlükəsizlik orqanlarının qərarı ilə bu həyati hüquqdan məhrum edilib.
 

Eyni halda Abbas Lisani kimi məhbusların adları müvəqqəti azadlıq çıxan məhbusların siyahısından çıxarılmaqla yanaşı, indiki təhlükəli şərayitdə ona qarşı tətbiq olunan qadağalar dahada çoxalıb. Abbas Lisani ailə üzvləri ilə görüşməkdən məhrum edilməklə yanaşı onlarla telefon əlaqəsi qurmaq haqqından da məhrum edilib.
 

“Amnesty International” Türkiyə bu yaxınlarda Abbas Lisani'nin saxlanılması və 15 il həbs cəzasına məhkum edilməsi haqqında məhkəmə istintaqını araşdıran İran məhkəmə başçısı “İbrahim Rəisi”yə ünvanlanan imza kampaniyaya başlatdı.
 

Məktubda türk və azərbaycanlı hüquq müdafiəçisinin dərhal sərbəst buraxılmasını tələb etməklə yanaşı, beynəlxalq standartlara zidd olan məhkəmə prosesinin dəyişdirilməsinə və yenidən nəzərdən keçirilməsini istənilib.
 
“Beynəlxalq Əfv Təşkilatı”, daha əvvəl Abbas Lisaninin tutulmasını, işgəncə verilməsini və cəzalandırılmasını pisləyən açıqlamalar vermişdi.
 
Beynəlxalq Əfv Təşkilatı, Abbas Lisaninin bütün fəaliyyətlərinin dinc yolla, qanunlara uyğun şəkildə İrandakı türklərin və azərbaycanlıların hüquqlarının müdafiəsi üçün həyata keçirildiyini düşünür.
 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın dörd tarixi karvansarayı ümumdünya mədəni irs siyahısına salınmağa namzəddir

2021-01-23

gun az article

İran-Türkiyə sərhəddində itkin düşən 5 nəfərin axtarışı davam edir

2021-01-23

gun az article

Sarab yenidən -30C dərəcə şaxta ilə ölkənin ən soyuq şəhəri olub

2021-01-23

gun az article

Güney Azərbaycanın "Qocalar ölmz" türk filmi Barselona Film Festivalında ən yaxşı ssenari ödülünü qazanıb

2021-01-23

gun az article

Sulduzda mübahisəli şəxsiyyəti ilə tanınan “Molla Həsəni”nin heykəli qoyulacaq

2021-01-23

gun az article

Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Körpü: Qara Yanvar:Quzey və Güney Azərbaycan Milli Hərəkatında Təsirləri

2021-01-23

gun az article

GünazTV Jan.22.2021-Azadlıq səsi: Amerikada demokrasi qələbəsi - Milli fəaların həbsxana dirənişi və İranda ekonomi

2021-01-23

gun az article

GünazTV Jan.22.2021: Paylaşım programı, 25-ci Bölüm.

2021-01-22

gun az article

Urmu Zooparkının acınacaqlı durumu+video

2021-01-22

gun az article

Rəşt Universitetinin rəhbərliyi “Yağış” öyrənci dərgisinin nəşrinə əngəl törədir

2021-01-22

gun az article

Ərdəbil donub-tepmeratur mənfi 20 dərəcəyə düşüb

2021-01-22

gun az article

Rəştdə Qarabağ məhkumları bəraət alıblar

2021-01-22

gun az article

İranda sünni din xadimi edam edilib

2021-01-22

gun az article

Milli fəal Nasir Xulusi apellyasiya məhkəməsindən bəraət alıb

2021-01-22

gun az article

GünazTV Jan.20.2021-Sözümüz: Əli Təbrizli

2021-01-22

gun az article

GünazTVJan.21.2021- Düşünməyə Çağırı: Qarabağ və Türk Dünyası

2021-01-22

gun az article

Qərbi Azərbaycanda 482 kəndin yolu bağlanıb

2021-01-21

gun az article

İran hökuməti “Şah İsmayıl Səfəvi Fondu” yaradır

2021-01-21

gun az article

Mədəni fəal, qadın haqları müdafiəçisi Təhminə Müfidi həbs olunub

2021-01-21