SON XƏBƏRLƏR

Abbas Lisanidən Ərdəbil baş prokurorunun bəluç məhbusa verdiyi kobud cavaba reaksiya

2021.10.20, 07:36
Abbas Lisanidən Ərdəbil baş prokurorunun bəluç məhbusa verdiyi kobud cavaba reaksiya

Gunaz.tv

GünAz TV: Ərdəbil həbsxanasında məhbus həyatı yaşayan tanınmış güney azərbaycanlı milli-mədəni fəal Asbbas Lisani Ərdəbilin baş prokuroru Abdulla Təbatəbayinin bir bəluç məhbusa verdiyi kobud cavaba sərt rekasiya verib.

 

Məlumata görə, bazar günü Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbati və Ərdəbilin baş prokuroru Abdulla Təbatəbayi koronavirus epidemiyası ilə bağlı məhbusların məzuniyyəti ilə əlaqədar Ərdəbil həbsxanasının bəzi bölümlərində olublar.

 

Siyasi və vicdan məhbuslarının saxlandığı 7-ci bölümdə Abdulla Təbatəbayi bir bəluç məhbusdan ittihamını soruşur. Məhbus “milli təhlükəsizliyli pozmağa cəhd götərmək”də ittiham olunduğunu bildirib. Baş prokuror bunun cavabında deyib: “Məzuniyyət nədir! Təhlükəsizlik və siyasi ittihamlara görə həbs edilən məhbusların nəfəs çəkməsi belə haramdır!”

 

Bu məsələ tanınmış fəal Abbas Lisaninin sərt reaksiyasına səbəb olub. O baş prokurora xitabən bildirib ki, sizin milli təhlükəsizlikdən anlayışınız nədir?!

“Millət və əhalinin hüququnu tələb etmək milli təhlükəsizliyə qarşı çıxmaqdır?! Yoxsa siz milli təhlükəsizlik deyəndə özünüzün, ərbablarınızın və bütövlükdə hökumət rəsmilərinin təhlükəsizliyini nəzərdə tutursunuz?!”- deyə azərbaycanlı fəal əlavə edib.

 

Ərdəbilin baş prokuroru bunun cavabında “bizim təhlükəsizliyimiz elə milli təhlükəsizlik sayılır” deyə bildirib.

 

Bu söhbətdən sonra 6-cı bölümdə olan Nasir Ətəbati sözügedən bölümə gəlib və azərbaycanlı fəalın narahat olmasının səbəbini soruşub. O bildirib ki, baş prokuror bu sözlərində sizi nəzərdə tutmayıb.

 

Ona cavab olaraq Abbas Lisani bəzi hüquqi məsələlərə toxunub.

“Məhkəmə sistemini təmsil edən prokuror tərəfsiz olmalıdır. Təəssüflər olsun ki, cənab Abdulla Təbatəbayi nəinki konstitusiyaya riayət etməyi ehtiyac görmür, hətta siyasi məhbusların ölmünü istəyir. Məhkəmə sistemi maliyyə pozuntularına yol verənlər, qatillər və əhalinin hüququnu pozan digər məhbusların sərbəst buraxılmasına razılıq verir, lakin mədəni fəalların azad edilməsinə qarşıdır. Millətlərinin hüququnu tələb edən mübarizlər, harda olmasından asılı olmayaraq bizim fikirdaşlarımızdır. Bunun bizim üçün heç bir fərqi yoxdur. Ərdəbil prokurorunun sözlərindən belə çıxır ki, o vicdan və əqidə məhbuslarının hamısının ölməsini istəyir. Bu o deməkdir ki, sizlər koronavirus bəhanəsi ilə siyasi müxaliflərinizi öldürmək istəyirsiniz.

Məsullar həbsxanalarda koronavirusun yayılmasının qarşısını ala bilmir. Bu vəziyyətdə siyasi və əqidə məhbusları azadlığa buraxılmasa, onların səhhəti və həyatı ilə bağlı sizlər məsuliyyət daşıyacaqsınız.”- deyə Abbas Lisani Ərdəbil Ədliyyə İdarəsinin rəisi Nasir Ətəbatiyə bildirib.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar