Abbas Lisanidən həbsxana rəhbərliyinə xəbərdarlıq: "Siyasi məhbuslara zülm dayandırılmasa sonadək savaşacam"

2021-06-13 15:50

​​​​​​​Ərdəbil həbsxanasında aclıq aksiyasına başlayan Abbas Lisani həbsxana rəhbərliyinə xəbərdarlıq edib. 

Gunaz.tv Quote | Gunaz article

Abbas Lisani iyunun 12-də Ərdəbil həbsxanasının rəisinə açıq məktub ünvanlayıb. Məktubda deyilir:

“Təəssüf ki, hər hansı bir səbəbə görə mən də daxil olmaqla siyasi məhbusların mülki və vətəndaş hüquqlarını kobud və açıq şəkildə pozmaqda davam edirsiniz. 

Məhkumların cinayətlərinə, keçmişlərinə, xarakter və şəxsiyyətlərinə görə təsnifatını açıq şəkildə vurğulayan qaydalara uyğun hərəkət etmirsiniz. Sizə və digər rəsmilərə dəfələrlə məntiqli və əsaslı bir şəkildə danışdığıma və etiraz etdiyimə baxmayaraq bu davranışınızı sürdürürsünüz.


Tərəfinizdən qaydaların açıq şəkildə pozulması ya qürurdan və idarəetmə anlayışınızın azlığından, ya da pərdə arxasında olan güclərin sizi buna məcbur etməyə etməsindən qaynaqlanır. Hər halda, siz icraçı kimi bununla bağlı məsuliyyət daşıyırsınız.


Siz Azərbaycan xalqının hüquqları uğrunda çalışan və əsarətinizdə olan millətin ən təmiz və ləyaqətli övladlarını təhlükəli cinayətlər bölməsində saxlayırsınız. Bu hər bir siyasi və mədəni məhbusa qarşı açıq şəkildə göstərilən zülm və işkəncədir. 
Onları siyasi məhkumlar bölməsindən çıxararaq, mənəvi və psixi təzyiq üçün ağır cinayətlər törətmiş məhbuslarla eyni yerə salırsız, bu insan haqları cəmiyyətləri tərəfindən ağ işkəncə kimi qəbul edilir.


Sizin bütün qəbul edilmiş qayda və sərəncamlara zidd olan bu hərəkətləriniz Azərbaycan xalqının diqqətindən qıraqda qalmayacaq və bu Azərbaycan xalqı qarşısında bağışlanmaz bir hərəkət kimi unudulmayacaq.


Siz güclü olmağınız barədə illuziyalara qapılaraq həbsxanalardakı Azərbaycan övladlarının etirazçı, mübariz və haqq axtaran ruhunu susdurmağa çalışırsınız. Arxayın olun ki, bu mübarizlərdən heç biri sizin bu zalim hərəkətləriniz qarşısında susmayacaq. Onlar susan olsaydılar indi sizin əsirliyinizdə olmazdılar!


Bacardığınız qədər bizi əzin, ancaq bilin ki, biz yox olmayacağıq.

Çəkic altında mühəqqər əzilir günlərcə
Bir dəmir parçası bir tiği məhib olmaq üçün".


Abbas Lisani bildirib ki, 7-ci bölməyə heç bir aidiyyatı olmayan yeni məhbusun buradan çıxarılması tələbi yerinə yetirilməsə, həbsxana məsullarının zülmlərinə etiraz olaraq 13 iyun tarixindən quru aclıq aksiyasına başlayacaq.


"Bu, sadəcə bir məhbusun bölməyə gətirilib aparılmasına görə deyil. Bu, siyasi və fikir məhbuslarına qarşı İran həbsxanalarında baş verən haqsızlıqlara, özəlliklə Azərbaycanın haq istəyən məhbuslarına qarşı edilən zqlmlərin dayandırılmasına görədir"-deyə, Abbas Lisani bildirib.

 

C.E    
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30