SON XƏBƏRLƏR

Abbas Lisaninin aclıq aksiyası ilə bağlı xəbər Türkiyənin “Milli Devlet gazete”sində

2021.10.20, 07:36
Abbas Lisaninin aclıq aksiyası ilə bağlı xəbər Türkiyənin “Milli Devlet gazete”sində

Gunaz.tv

GünAz TV: Türkiyənin “Milli Devlet gazete”si tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin aclıq aksiyası barədə xəbər yayaraq onun azadlığa buraxılmasını tələb edib.

 

Qəzet tanınmış fəalın görüntüsünü yayaraq yazıb ki, Güney Azərbaycan türkü Abbas lisani aclıq aksiyasına başlayıb.

 

Fəal barəsində həmçinin qeyd olunub ki, “Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalı Abbas lisani mayın 27-dən Ərdəbil zindanında aclıq aksiyası keçirir.”

 

Qəzet Abbas Lisaninin Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə işarə edərək həbsxanada onun yaxınları ilə görüşünə qadağa qoyulduğuna da toxunub.

 

Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur. O artıq 5 aydan çoxdur ki, Ərdəbil zindanında qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Ərdəbil prokurorunun müavini hazırladığı iddianamədə fəala qarşı əsası olmayan bir neçə ağır ittiham irəli sürüb.

 

Fəalın səhhəti bundan əvvəlki aclıq aksiyaları və budəfəki aclığa görə ağır vəziyyətdədir, onun təxminən 20-25 kq arası çəki itirdiyi bildirilir.

 

Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar