SON XƏBƏRLƏR

Abbas Lisaninin həbs cəzası Apellasiya Məhkəməsində iki dəfə artırıldı – 16 il

2021.10.20, 07:36
Abbas Lisaninin həbs cəzası Apellasiya Məhkəməsində iki dəfə artırıldı – 16 il

Gunaz.tv

GünAz TV: Tanınmış güney azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin həbs cəzası iki dəfə artırılıb.


Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci Şöbəsi 8 illik həbs cəzasını 15 ilədək artırıb.


Hökm bu gün Abbas Lisani və onun vəkilinə açıqlanıb. Apellyasiya Məhkəməsi bundan əvvəl məhkəmənin çıxardığı həbs cəzasını 2 il artırıb, 5 il isə fəalın məhkəmədə bəraət qazandığı ittihamlara görə verilib.


Tanınmış fəal Şərqi Azərbaycan Apellyasiya Məhkəməsində də 1 il həbs cəzasına məhkum edilib. Bununla da fəal toplam olaraq 16 il həbs və 2 il Yəzd şəhərinə sürgün edilmə cəzası ilə üzləşib.


Hökm Ərdəbil Apellyasiya Məhkəməsinin 1-ci şöbəsinin rəisi, Ərdəbilin keçmiş prokuroru Nasir Ətəbati tərəfindən çıxarılıb.


Məlumata görə, 10 il həbs və 2 il sürgün cəzası məhkəmə prosesi zamanı elan olunmayan “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” ittihamına görə verilib. 5 il həbs isə bundan əvvəlki “çıxış etmək və sistemə qarşı mətbuata müsahibə verməklə Qərbi Azərbaycanda türk qövmlərini təhrik etmək” kimi ittihamlar sırasından olan “milli təhlükəsizliyə qarşı cəhd göstərmək” ittihamı ilə bağlıdır.


Fəal məhkəmə prosesi zamanı sistemə müxalif kütləvi informasiya vasitələrinə müsahibə verib və çıxış etməklə Qərbi Azərbaycanda türk qövmlərini təhrik etmək, GAMAC təşkilatına (təşkilatın əsas qolu) üzv olmaq və təşkilatın yaradılması və idarəçilində iştirak etmək, milli təhlükəsizliyə xələl gətirmək məqsəd ilə çıxış etmək, həmçinin sistemə qarşı olan mətbuat orqanlarına müsahibə verərək yalan məlumat yaymaq yolu ilə sistemin əleyhinə təbliğat aparmaq kimi qondarma ittihamlarla üzləşmişdir.


Fəalın apellyasiya məhkəməsi sentyabrın 16-da Ərdəbil Əyaləti Apellyasiya Məhkəməsinin 1-ci şöbəsində keçirilib.


Abbas Lisani yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Fəalın ailə üzvləri və azərbaycanlı fəallar səlahiyyətli orqanlara müraciət edib araşdırdıqdan sonra onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbil zindanına aparıldığı məlum olmuşdur. Onun qanunsuz saxlanması Güney Azərbaycanda bir çox etirazlara səbəb oldu. Bundan sonra həmin zaman Ərdəbilin prokuroru olan Nasir Ətəbati fəalın 3 ittiham üzərindən saxlandığını elan etdi. Bu ittihamlar Abbas Lisani və onun vəkili Məhəmmədrza Fəqihi tərəfindən kəskin şəkildə rədd edildi.


Abbas Iisani uzun illərdir ki, Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda mədəni mübarizə aparır. Şəffaf və dinc mübarizəsi ilə seçilən fəal dəfələrlə təhlükəsizlik orqanları tərəfindən saxlanılıb, uzun illər həbs olunub və müxtəlif təzyiqlərə məruz qalıb.



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar