Abbas Lisaninin həbs müddətinin azaldılması müraciətinə rədd cavabı verilib

2021-01-31 10:22

Güney Azərbaycanın görkəmli milli-mədəni fəalı "Abbas Lisani"nin həbs müddətinin azaldılması ilə bağlı qanunun tətbiqi tələbi rədd edilib.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbil əyalətinin apelliyasiya məhkəməsinin 1 saylı şöbəsi Abbas Lisaninin həbs müddətinin azaldılması bağlı Ərdəbil İnqilab Məhkəməsinin hökmlərin icrası bölməsinin vəkilinin müraciətinə mənfi rəy verib.

 

Abbas Lisani apelliyasiya məhkəməsi tərəfindən 15 il həbs və Yəzd şəhərinə iki il sürgün cəzasına məhkum olunub.

 

Apellyasiya məhkəməsi şurası bu qərarını "həbs müddətinin azaldılması haqqında qanunun 2-ci maddəsinə və İslam Cinayət Məcəlləsinin 18-ci maddəsinin B və T bəndlərinə əsasən, habelə törədilən cinayətin zərərli nəticələrinə, məhkumun keçmişi və şəxsi durumuna dair əlavəyə" istinadən verdiyini bildirib.

 

Həbs cəzasının azaldılmasına dair qanun parlamentin açıq iclasında 12 May 2020-ci ildə təsdiqlənib və həmin ilin 11 iyun tarixində 28757 saylı məktubda Həsən Ruhani tərəfindən elan olunub.

 

Abbas Lisani 2019-cu il yanvarın 15-də məhkəmə iclasına qatılmaq üçün müraciət etdiyi Təbriz İnqilab Məhkəməsinin 2-ci şöbəsində yoxa çıxmışdır. Sonralar onun təhlükəsizlik və məhkəmə orqanlarının birgə tədbiri ilə Ərdəbilə aparıldığı məlum olmuşdur.

 

Tanınmış fəalın məhkəmə prosesi zamanı elan olunmayan “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq” kimi qondarma ittihamla həbs və sürgünə məhkum edilməsi hər kəsi təəccübləndirib.

 

Abbas Lisani quraşdırılan son dosyesi ilə bağlı saxlanma, dindirilmə və məhkəmə prosesini Azərbaycanda gedən milli-mədəni hərəkatı radikal göstərməyə yönəlmiş bir ssenarinin tərkib hissəsi olduğunu bildirmişdir.

 

Beynəlxalq Əfv Təşkilatı dəfələrlə Abbas Lisaninin fəaliyyətlərini dinc dəyərləndirmiş, ona qarşı məhkəmə proseslərini siyasi və qərəzli adlandırmışdır.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV June.24.2021-Sözümüz: Gündəmdə nə var?

2021-06-25

gun az article

GünazTV June.24.2021- Düşünməyə Çağırı: Güney Türküstanda nələr baş verir?

2021-06-25

gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23