SON XƏBƏRLƏR

Abbas Lisaninin son məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Abbas Lisaninin son məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin son məhkəmə iclası keçirilib.

 

İyunun 27-si səhər saatlarında Ərdəbil inqilab məhkəməsinin 1 sayı şöbəsində keçirilən məhkəmədə fəalın vəkili və prokurorluq nümayəndələri də iştirak ediblər.Məhkəmə prosesi zamanı Abbas Lisani hakimə xitabən deyib: “Hər kəs mənə qarşı irəli sürülmüş ittihamların əsassız və yalan olduğunu bildiyindən, ümid edirəm ki, məhkəmə orqanları bu cinayət işində həssasiyyəti və müstəqilliyi qorumağın zəruri olduğunu anlayır.”

 

Fəal həmçinin Azərbaycan milli hərəkatının sivil olduğuna toxunub və deyib: “Hərəkatın öz xaricində heç bir ünsürdən asılı olmadığını nəzərə aldıqda, onun ideologiyasına digər fikirləri yeritmək və bunun da nəticəsində Azərbaycan milli-mədəni fəallarına qarşı repressiya həyata keçirtmək cəhdləri uğursuzluğa düçar olacaq.”

 

Son 1 ildə azərbaycanlı türk fəallarına qarşı təzyiqlər artıb. Bu müddət ərzində onlarla aktivist “dövlət əleyhinə təbliğat” kimi qondarma ittihamlarla həbs edilib.

 

Xatırladaq ki, Abbas Lisani yanvarın 15-də Təbrizdə inqilab məhkəməsinin 2-ci şöbsində oğurlanmış, daha sonra Ərdəbil təhlükəsizlik qüvvələrinə təhvil verilmişdi. O, tutulmamışdan öncə müsahibələrindən birində bildirmişdi ki, “İranda türklərin milli və insan hüquqları baxımından istəkləri kütləvi olduğuna görə, bu tələbləri qəbul etməmək ölkə idarəçilərini qarşıda daha böyük və daha ciddi mübarizə meydanları ilə üzbəüz qoyacaq”.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar