SON XƏBƏRLƏR

Abbas Musavi: "İranın raket proqramı müzakirə predmeti ola bilməz"

2021.10.20, 07:36
Abbas Musavi: "İranın raket proqramı müzakirə predmeti ola bilməz"

Gunaz.tv

GünAz TV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musavi ölkəsinin raket proqramının müzakirə predmeti ola bilməyəcəyini deyib.

 

O, "Ərəb Dördlüyü Komitəsi"nin İranla bağlı yaydığı bəyanata verdiyi reaksiyada bəyanatın bütün müddəalarını "əsasız və təkrar olunan məsələlər" adlandırıb. Musəvi həmçinin iddia edib ki, ölkəsinin raket proqramı "Qərb və ərəb ölkələrini təhdid etmir".

 

Martın 5-də Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanından ibarət olan "Ərəb Dördlüyü Komitəsi" BƏƏ-də keçirilən konfransın sonunda yaydığı bəyanatda İranın regionda fəaliyyət göstərən bəzi yaraqlı qruplaşmalara göstərdiyi dəstək və raket proqramını kəskin tənqid etmişdi.

 

Bəyanatda həmçinin rəsmi Tehranın regionda terror hücumları və təxribatçı addımları himayə etməsi beynəlxalq qətnamələrin pozulması kimi dəyərləndirilir.

 

Abbas Musavi bütün bu ittihamları rədd edərək, həmin ölkələrin özlərini "regionda sülh və əmin-amanlığı pozmaq və terrorizmi yaymaq"da ittiham edib.

 

Sözçü sonda Livan Hizbullahının bəyanatda terror qruplaşması adlandırılmasını qınayıb və belə qruplaşmalara dəstək göstərməyin İslam Respublikası üçün "şərəf" olduğunu deyib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar