Abbas Musəvi: “Amerikalıların İran rəsmilərinin onlarla telefon əlaqəsi saxlayacağı ilə bağlı ümidi boş gözləntidir”

11.08.2019, 20:31

GünazTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi avqustun 11-də jurnalistlərə açıqlamasında rəsmi Tehranın Vaşinqtonla hər hansı bir telefon əlaqəsi saxlamayacağını bir daha bəyan edib.

 

Öz açıqlamasında Vaşinqtonu İrana qarşı “iqtisadi terrorizmdə” günahlandıran Musəvi deyib ki, amerikalıların İrandan telefon zəngi gözləməsi əbəsdir: “Amerika rəsmiləri bildiriblər ki, ABŞ prezidenti Donald Tramp hələ də İran rəsmilərinin onunla telefon əlaqəsi saxlamasını gözləyir. Çoxdandır ki, onların İran İslam Respublikasından belə bir gözləntiləri var. Lakin amerikalıların İran rəsmilərinin onlarla telefon əlaqəsi saxlayacağı ilə bağlı ümidi boş və əbəs gözləntidir. Çünki İran heç vaxt hüququna və beynəlxalq qaydalara riayət edilməyən hər hansı bir müzakirə üçün irəliyə addım atmayacaq.

 

Daha doğrusu, təzyiq altında olduğu və kiminsə silahına tuş gəldiyi vaxtda ağılı olan heç bir adam müzakirə etməz. Amerikalılar göstərdilər ki, onlar danışdıqları sözlərdə və səsləndirdikləri bəyanatlarda səmimi deyillər. Onlar bir tərəfdən İranın dini liderinə və bizim xarici işlər nazirimizə sanksiya qoyur, digər tərəfdən də müzakirədən danışırlar. Bu isə onların öz mövqelərində səmimi olmadığını göstərir. Məhz buna görə də, İran onların sözlərinə önəm vermir” –deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi əlavə edib.

 

Xatırladaq ki, Amerika Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus avqustun 9-da jurnalistlərlə görüşündə İranla mümkün müzakirələrdən danışıb.

 

Amerika Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus

 

O deyib ki, prezident Tramp İran rəhbərlərinin onunla əlaqə saxlayacağına əmindir: “Biz İranın konkret hansısa bir rəsmisi ilə danışıqlar aparmaq istədiyimizi deməmişik. Bizim İran lideri ayətullah Xamneyidən, prezident Ruhanidən və ümumiyyətlə İran rejimindən istəyimiz odur ki, regionu necə bir qorxu və dəhşətə salmaları haqqında düşünsünlər və bu kimi əməlləri dayandırsınlar. Əgər İran rəhbərləri normal bir ölkə kimi necə rəftar edə bilmək mövzusunda, beynəlxalq birliyə necə qayıda bilmək və sanksiyaları hansı yollarla aradan qaldırmaq barədə danışmaq istəsələr, kiminlə əlaqə saxlayacaqlarını yaxşı bilirlər. Prezident Tramp onların zəngini gözləyir” –deyə Morqan Ortaqus vurğulayıb.

 

Qeyd edək ki, son aylar İranın körfəzdə neft daşıyan beynəlxalq gəmiləri təhdidinin artmasından, bir neçə neft tankerini saxlamasından və İranın Amerikaya məxsus pilotsuz uçan bir aparatını vurub salmasından sonra Vaşinqtonla Tehran arasında yaşanan çaxnaşma xeyli dərəcədə şiddətlənib.

 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24