SON XƏBƏRLƏR

Abbas Musəvi Amerikanın “Sepah”a qarşı 15 milyon dollar mükafat təyin etməsinə reaksiya verib.

2021.10.20, 07:36
Abbas Musəvi Amerikanın “Sepah”a qarşı 15 milyon dollar mükafat təyin etməsinə reaksiya verib.

Gunaz.tv

GünazTV: İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi sentyabrın 5-də jurnalistlərə açıqlamasında Amerikanın terrorçu “Sepah”ın və onun “Qüds” briqadasının gizli maliyyə sistemi barədə dəqiq məlumat verən hər bir kəsə 15 milyon dollar mükafat təyin etməsinə reaksiya verib.

 

Amerikanın təyin etdiyi 15 milyonluq mükafati “xəyanətə və casusluğa mükafat” adlandıran Musəvi deyib ki, Amerika rəsmiləri bu əməllərinə görə haçansa cavabdeh olacaqlar: “Amerika rəsmilərinin İran İslam Respublikasına qarşı ədavətli bəyanatları, onların atdığı bu kimi ümidsiz addımlar və hamıdan da məzhəkəli, onların xəyanətə və casusluğa mükafat təyin etməsi və çarəsizlikdən bu kimi əməllərlə İran millətinə təsir etmək sözsüz ki, nəticə verməyəcək. Şübhə yoxdur ki, onlar bir gün bu əməllərinə görə cavabde olacaqlar” –deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi əlavə edib.

 

Xatırladaq ki, Amerikanın Maliyyə Nazirliyi sentyabrın 4-də bəyanat yayaraq, “Sepah”ın “Qüds” briqadasının rəhbərliyi atında fəaliyyət göstərən gizli neft nəqli və satışı şəbəkəsinə yardım edən 16 şirkətə, 10 həqiqi şəxsə və 11 neft gəmisinə sanksiya qoyduğunu bildirib.

 

Brayan Huk

 

Amerika Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk sentyabrın 3-də jurnalistlərə açıqlamasında  deyib ki, Amerika hökuməti “Sepah”ın, o cümlədən də onun “Qüds” briqadasının maliyyə sisteminin məhvinə yardım edə biləcək hər hansı bir məlumat qarşılığında 15 milyon dollar mükafat verəcək. Belə ki, bu barədə Amerika hökumətinə məlumat verən hər hansı bir şəxsə 15 milyon dollar mükafat verilməklə yanaşı, həm də həmin şəxsin kimliliyinin gizli saxlanılması 100 % təmin ediləcək, onun daha dinc və təhlükəsiz bir ölkəyə köçürülməsinə yardım göstəriləcək” –deyə Brayan Huk bildirib. 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar