SON XƏBƏRLƏR

Abbas Musəvi: “Tramp sülh və təhlükəsizliyin qorunması üçün nəzərdə tutulan beynəlxalq mexanizmləri məhv etməklə məşğuldur”

2021.10.20, 07:36
Abbas Musəvi: “Tramp sülh və təhlükəsizliyin qorunması üçün nəzərdə tutulan beynəlxalq mexanizmləri məhv etməklə məşğuldur”

Gunaz.tv

GünazTV: İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi iyunun 25-də “Twitter” səhifəsində yazdığı bir statusda Amerikanın İranın dini liderinə və digər rəsmi şəxslərinə sanksiya qoymasına reaksiya verib.

 

O, yazdığı statusda bildirib ki, Vaşinqtonun İran rəhbərliyinə qarşı sanksiya tətbiq etməsi iki ölkə arasında olan mövcud diplomatik yolların bağlanmasına gətirib çıxaracaq: “İran rəhbərliyinə, eləcə də ölkəmizin xarici işlər nazirinə nəticəsiz sanksiya tətbiq olunması, Amerikanın ümidsiz və çarəsiz höküuməti ilə diplomatik yolların həmişəlik bağlanması deməkdir. Tramp hökuməti dünyada sülh və təhlükəsizliyin qorunması üçün nəzərdə tutulan oturuşmuş bütün beynəlxalq mexanizmləri məhv etməklə məşğuldur” –deyə İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi əlavə edib.

 

Xatırladaq ki, Donald Tramp iyunun 24-də “Sepah”-ın ABŞ-a məxsus pilotsuz uçan aparatı vurmasına cavab olaraq İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı fərman imzalayıb.

 

 

Fərmana əsasən, yeni sanksiyalar Xamneyinin özü, onun işçiləri və yaxın ətrafına şamil ediləcək, onlara axan maliyyə vəsaitlərinin qarşısını alacaq. Yeni sanksiyalara həmçinin “Sepah” terror təşkilatının 8 komandanı da tuş gəlib. Onların sırasında “Sepah”ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur, Dəniz Qüvvələrinin komandanı Əlirza Təngsiri, Hava-Kosmik Qüvvələrin komandanı Əmir Əli Hacızadə də var. Amerika rəsmilərinin bildirdiyinə görə, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin adı da cari həftədə barəsində sanksiya qoyulmuş şəxslərin siyahısına əlavə ediləcək.

 

İranlı siyasi ekspertlərin bildirdiyinə görə, Əli Xamneyinin və onun başçılıq etdiyi qurumların dünyanın müxtəlif ölkələrində başqa-başqa adlarla yatırdığı sərmayənin ümumi məbləği 200 milyard dollar civarındadır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar