Abbas Nikrəvan “Çətəçilər”in təxribatı ilə bağlı bəyanat yayıb

2017-08-03 06:52

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Abbas Nikrəvan  “Çətəçilər”in Azərbaycan Milli Hərəkatına qarşı son təxribatı barədə bəyanat yayıb. 

   

“Ağacı öz içindən qurd yeyər demiş atalar;

Azərbaycan Milli Hərəkatının bugünkü durumu gərçəkdən vətənimizdə yaşayan çoxlu fikirdaşlarımızın canını və ruhunu sıxır. Bu gün Milli Hərəkatda baş verən hadisələr “ağacı öz içindən qurd yeyər” deyimini bizə xatırladır. Bir zamanlar Mahmud Əfşarlar, Kəsrəvilər, Mənsurilər, Təbatəbayilər və s. kimi manqurtların əli ilə hərəkatın yaranmasına mane olan düşmən, hərəkatın yarandığından bəri 30 ildir boş nəzəriyyələr verməkdən başqa həm də manqurtları hərəkata daxil edib, bu çirkin əməlində müəyyən uğurlar da qazanıb. Lakin onlar ziyalılarımızın ayıq-sayıqlığı nəticəsində hər zaman hərəkatdan kənarlaşdırılıb.

 

 Hərəkat və millətçilik adına ziyalılarımız və öncüllərimizi etibardan salmaq üçün təxribat fəaliyyəti ilə məşğul olanlar kimin dəyirmanına su tökür?! Bizim Hərəkat gərçəkdən mədəni və demokratikdir və bu cərəyanda hər zaman plüralizmə yol verilib. Amma plüralizm adına Milli Hərəkatın böyüklərini, var gücü ilə çalışanları şantajlara və təxribatlara məruz qoyanların əsas hədəfi hərəkatı zəiflətməkdən başqa heç nə ola bilməz.

 

Sayın Abbas bəy Lisaninin milli varlığımız uğrunda nə qədər zindan çəkib və dirəndiyi kimsəyə gizli deyil. İndi isə Əqlaniyyət adı ilə yaradılmış çətə, ortalığa çıxardığı sözdə nəzəriyyəçinin (Xocalı) əli ilə öz çirkin əməllərini həyata keçirir və virtual aləmdə böyük şəxsiyyət olan Abbas Lisaniyə yaraşmayan təxribat xarakterli məlumatlar paylaşır. Belə işlərin hədəfi nə ola bilər?! Məsələ bununla da bitmir. Çətə qardaşları (Dirəniş və onun başında olan Cavadilər...) Güney Azərbaycanın təkcə səsi olan GünAz TV və sayın Əhməd bəy Obalını da təxribatlara məruz qoyur. Bəlkə də millətçilərin səbirli olmasından sui-istifadə edərək belə işlər görülür.

 

Mən Abbas Nikrəvan millət və vətənimin bir əsgəri kimi, çətə qardaşlarından millətimizə tərəf qayıtmalarını istəyirəm. Əks halda canımın bahasına da olsa milli varlığımızın qorunmasına görə qəhrəmanlarımızla birgə bu manqurtları məhv etmək üçün  mübarizə aparacam. Yaşasın Azərbaycan, Yaşasın Milli Varlığımız və qəhrəmanlarımız, Yaşasın birlik”- deyə bəyanatda bildirilib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Aug.06.2020-Sözümüz: Hökümətin Koronalı Günlərdə Əzadarlıq Siyasəti

2020-08-06

gun az article

GünazTV Aug.06.2020- Düşünməyə Çağırı: Ortadoğudaki Sorunlar və Bölgə Türklərinin Durumu

2020-08-06

gun az article

Zəncanda yol qəzası: 1 nəfər ölüb

2020-08-06

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-06

gun az article

Azərbaycana dəstək aksiyası zamanı saxlanılan Həkimə Əhmədi sərbəst buraxılıb

2020-08-06

gun az article

Şərqi Azərbaycanda 1700-dən çox tibb işçisi koronavirusa yoluxub

2020-08-06

gun az article

Millət vəkili: Süngün mədəninin milyardlıq gəlirindən Azərbaycana pay ayrılmır

2020-08-06

gun az article

GünazTV Aug.05.2020: Beyrutda partlayış, Koronavirus və Məhərrəm əzadarlıqı.

2020-08-05

gun az article

GünazTV Aug.05.2020: Bütün medallarını Əli Xameneiyə verən "sepah idmançısı" dopinq edib

2020-08-05

gun az article

İranın kəşfiyyat və təhlükəsizlik təşkilatları güney azərbaycanlı jurnalistdən şikayət edib

2020-08-05

gun az article

Güney Azərbaycanda koronavirus pandemiyası ilə bağlı son vəziyyət

2020-08-05

gun az article

Ərdəbil divarlarında “İran vaxtı ilə həyat; məhv olmaq” qraffitisi

2020-08-05

gun az article

Milli fəal Rza Vasiqi məhkəməyə çağırılıb

2020-08-05

gun az article

GünazTV Ayg.04.2020-Özümüz: Qacarlar: Naserəddin Şah Dönəmi

2020-08-04

gun az article

GünazTV Aug.04.2020 -GÜNDƏM MASASI: ermənistanın İşğal siyasətində erməni kilsəsi və diasporasının rolu

2020-08-04

gun az article

Zəncanlı fotoqraf beynəlxalq müsabiqədə mükafat qazanıb

2020-08-04

gun az article

Həbsdə olan 3 güney azərbaycanlı fəal yeni korpusa köçürülüb

2020-08-04

gun az article

Qərbi Azərbaycanda koronavirus qurbanlarının sayı 764 nəfərə çatıb

2020-08-04

gun az article

Bu gün Məşrutə inqilabının ildönümü, “Təbriz Günü”dür

2020-08-04

gun az article

“Ulduz” öyrənci dərgisinin yeni sayı nəşr olunub

2020-08-04