SON XƏBƏRLƏR

Abdullah bin Zayid: “İran qonşu ölkələrin daxili işlərinə qarışmağa son verməlidir”

2021.10.20, 07:36
Abdullah bin Zayid: “İran qonşu ölkələrin daxili işlərinə qarışmağa son verməlidir”

Gunaz.tv

GünAz TV: Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayid Əl-Nəhyan martın 1-də İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Əbu-Dabidə keçirilən görüşündə bildirib ki, əgər İran qonşu ölkələrlə dostluq münasibətləri qurmaq istəyirsə, onların daxili işlərinə qarışmağa və terrorizmi himayə etməyə son verməlidir.

 

O, İranı öz siyasətlərinə yenidən baxmağa, digər ölkələrin daxili işlərinə qarışmağı, hərc-mərclik və məzhəb münaqişəsi yaratmağı, bu cür münaqişələri qızışdıran qruplaşmalara göstərdiyi dəstəyi, İslam Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının qətnamələri, eləcə də təməl insani dəyərlərlə ziddiyyət təşkil edən yaraqlılar və terroristlərə maddi və hərbi yardım göstərmək kimi addımları dayandırmağa çağırıb.

 

Abdullah bin Zayid sonda terrorizm və dini radikalizmə təşviq edən media orqanları, terrorizmi dəstəkləyən və terror qruplaşmalara yardım göstərənlərlə mübarizə aparmağın zərurətini vurğulayıb.  

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar