SON XƏBƏRLƏR

Abraham Linkoln təyyarə daşıyan gəmisi Süveyş kanalından keçib

2021.10.20, 07:36
Abraham Linkoln təyyarə daşıyan gəmisi Süveyş kanalından keçib

Gunaz.tv

GünAz TV: Amerikanın körfəzə göndərdiyi Abraham Linkoln təyyarə daşıyan gəmisi Süveyş kanalından keçib.

 

Bu barədə məlumatı Misir dövlət xəbər agentliyi Süveyş kanalı iqtisadi bölgəsinin direktoruna istinadən yayıb.

 

Direktor agentliyə bu gün səhər saatlarında gəminin keçidini gözləri ilə gördüyünü deyib.

 

Qeyd etmək lazımdır ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton mayın 5-də jurnalistlərə açıqlamasında Amerikanın İranın bölgədə apardığı təxribat xarakterli fəaliyyətinə qarşı  “USS Abraham Lincoln” gəmisinin və bombardımançı təyyarələrinin Yaxın Şərq bölgəsinə göndəriləcəyini bildirmişdi.

 

İran tərəfi isə ABŞ-ın regiona gəmi göndərməsi qarşısında “sülh və təhlükəsizliyə dayanaraq, beynəlxalq prinsiplər əsasında davranacağı”nı bəyan edib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar