ABŞ Çinin Uyğurlara qarşı siyasətini `soyqırım` kimi tanıdı

2021-01-20 09:43

Birləşmiş Ştatlar Prezident Donald Tramp administrasiyasının hakmiyyətdə olduğu son saatlarda çərşənbə axşamı Çin hökumətinin Sincanda etnik Uyğur müsəlmanlar və digər azlıqlara qarşı siyasətini rəsmi olaraq "soyqırım" kimi tanıyıb.

Gunaz.tv Quote | Gunaz article

"Amerikanın Səsi" xəbər verir ki: “Mövcud faktları diqqətlə araşdırdıqdan sonra Çin Xalq Respublikasının Çin Kommunist Partiyasının rəhbərliyi və nəzarəti altında Sincanda əksəriyyəti müsəlman olan Uyğurlara və digər etnik və dini azlıqlara qarşı soyqırım törətdiyini müəyyən etdim,” ABŞ Dövlət Katibi Mayk Pompeo çərşənbə axşamı verdiyi bəyanatda bildirib.

 

Birləşmiş Ştatlar illərdir Çinin Sincanda həbslər və yenidən təlim siyasətini tənqid etsə də, bunun rəsmi olaraq soyqırım kimi tanınmasından çəkinib.

 

Qeyri-hökumət təşkilatları, jurnalistlər və keçmiş məhbusların verdiyi məlumatlar uyğurlara qarşı genişmiqyaslı repressiya kampaniyasının aparıldığını sənədlər əsasında təsdiq edir. BMT azı bir milyon müsəlman uyğurun düşərgələrdə saxlandığını təxmin edir.

 

Çin rəsmiləri bunların "peşə təhsili mərkəzləri" olduğunu bildirərək, hökumətin Sincanda insan haqlarının pozulmasında iştirakı ilə bağlı iddiaları rədd edir.

Türkiyədə Uyğur icmasının üzvlərinin etiraz aksiyası

ABŞ-ın yüksək səviyyəli rəsmiləri bu qərarın ardınca ABŞ-a giriş üçün yeni yoxlamalar və viza prosedurlarının yaranacağını bildirir. Bununla yanaşı, insan haqlarının pozulmasına görə Çin Kommunist Partiyasının rəsmilərinə qarşı viza və maliyyə sanksiyalarının artırılacağı gözlənilir.

 

Birləşmiş Ştatlar həmçinin Çinli rəsmilərini ABŞ məhkəmələrində soyqırım ilə əlaqədar olaraq mühakimə edə bilər və ya uyğurlara qarşı təqiblər məsələsini BMT Təhlükəsizlik Şurası və digər insan hüquqları qurumları qarşısında qaldıra bilər.

 

ABŞ hökuməti rəsmi olaraq soyqırımı yalnız dəlillərin geniş araşdırılmasından sonra elan edir. Birləşmiş Ştatlar son illərdə 2004-cü ildə Sudanın Darfur regionunda vəhşiliklər və İslam Dövləti terror qrupu tərəfindən 2016-cı ildə İraq və Suriyada etnik Yezidilərə qarşı törədilmiş qətllərin soyqırım kimi tanınmasına dair qərarlar verib.

 

ABŞ hökumətinin çərşənbə axşamı günü verdiyi qərar Birləşmiş Ştatlarda yeni seçilmiş prezident, Pekinin Sincanda siyasətini tənqid edən Co Baydenin hakimiyyətə gəlməsindən bir gün əvvələ təsadüf edir.

 

“Çinin qərbində bir milyondan çox Uyğur müsəlmanın zorla saxlanması vicdansızlıqdır. Amerika Çincanda saxlanma düşərgələrinə qarşı çıxmalıdır və bu dəhşətli zülmdə iştirak edən insanları və şirkətləri məsuliyyətə cəlb etməlidir”, Bayden 2019-cu ildə Xarici Əlaqələr Şurası qarşısında çıxışında bildirib.

 

Baydenin kampaniyasının sözçüsü Endrü Beyts keçən il Çinin Sincan regionunda müsəlmanlara qarşı hərəkətlərini "soyqırım" adlandırıb.

 

Beynəlxalq Qaçqınlar (Refugees International) təşkilatının prezidenti Erik Şvarts Pompeonun Çinin Uyğurlarla rəftarını “soyqırım” kimi qiymətləndirən bəyanatını alqışlayıb.

 

“Jurnalistlər və akademiklər tərəfindən hazırlanmış hesabatlardan göründüyü kimi, soyıqırma dair dəlillər kifayət qədər çoxsaylı və məzmunludur. Dövlət Katibinin bəyanatı Sincanda törədilən soyqırım cinayətinə görə rəsmilərin üzərində beynəlxalq təhqiqat aparılmasının və cinayət işi açılmasının önəmini vurğulayır,” Şvarts bəyanatda bildirib.

 

Eyni zamanda Şvarts Pompeonun “eyni tapıntını Myanma dövlətinə qarşı 2017-ci ilin avqustundan başlayaraq Rohinca əhalisinə qarşı qəddar kütləvi basqılarına şamil etməkdən boyun qaçırmasını” sual altına alıb.

 

Respublikaçı Senator Ben Sasse qiymətləndirmənin “yaxşı və düzgün”, ancaq “gec” olduğunu deyərək, Çin Kommunist Partiyasını “genosid törədən diktatura” adlandırıb.

 

“Birləşmiş Ştatların bu təhlükəyə sinə gərməyə, Sincanda zorlanılan və işgəncəyə məruz qalan Uyğurların tərəfini tutmağa öhdəliyi var,” Sasse deyib.

 

Bu son addım Birləşmiş Ştatların qul əməyi ilə bağlı narahatlıqlara görə Sincandan pambıq və pomidor məhsullarının idxalına qadağa qoymasından sonraya təsadüf edir. Ötən həftə Britaniya və Kanada da məcburi əmək və digər insan haqları pozuntularını əsas gətirərək, Sincandan məhsul idxalına qadağalar tətbiq ediblər.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

CNN: Bayden və Putin İsveçrədə görüşəcək

2021-05-25

gun az article

Bağdad hava limanı raket atəşinə tutuldu

2021-05-03

gun az article

Aralıq dənizində İran gəmisi hücuma məruz qalıb

2021-03-13

gun az article

Mövlud Çavuşoğlu və Sergey Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

2021-03-11

gun az article

Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib

2021-03-08

gun az article

Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

2021-03-05

gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27

gun az article

Azərbaycan prezidenti iranlı jurnalistə irad bildirib+video

2021-02-26

gun az article

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

2021-02-26

gun az article

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2021-02-26

gun az article

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb

2021-02-26

gun az article

Amerika Suriyanın şərqində İranın dəstəklədiyi silahlıların mövqelərinə hücum edib

2021-02-26

gun az article

Çavuşoğlu: “Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - YENİLƏNİB

2021-02-25

gun az article

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

2021-02-25

gun az article

BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

2021-02-25

gun az article

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-24

gun az article

ABŞ İranla ölkədə həbsdə olan amerikalılarla bağlı müzakirələrə başlayıb

2021-02-22