SON XƏBƏRLƏR

ABŞ-ın İrana qarşı yeni sanksiyalarının detalları açıqlanıb. İranın yüksək vəzifəli 8 rəsmisinin adları da sacnksiyalar siyahısına salınıb

2021.10.20, 07:36
ABŞ-ın İrana qarşı yeni sanksiyalarının detalları açıqlanıb. İranın yüksək vəzifəli 8 rəsmisinin adları da sacnksiyalar siyahısına salınıb

Gunaz.tv

GünazTV: ABŞ-ın maliyyə naziri Stiven Mnuçin yanvarın 10-da dövlət katibi Mayk Pompeo ilə birlikdə jurnalistlərə keçirdiyi mətbuat konfransında “Sepah” terror təşkilatının İraqda Amerika hərbi bazalarına qarşı keçirdiyi raket hücumuna qarşılıq olaraq İrana qarşı tətbiq etdikləri yeni sanksiyaların detallarını açıqlayıb.

 

Mnuçin deyib ki, Vaşinqton İrana qarşı maksimum təzyiq siyasətini gücləndirmək üçün İranın polad və dəmir sənayesi sahəsində fəaliyyət göstərən 20 şirkətinə sanksiya tətbiq edib.

 

ABŞ-ın maliyyə naziri həmçinin bildirib ki, 20 İran şirkətindən başqa, Tramp hökuməti həmçinin İraqda Amerikanın iki hərbi bazasına qarşı hücumlarda birbaşa rolu olan İranın 8 yüksək vəzifəli şəxsinin adlarını da sanksiyalar siyahısına salıb. Mnuçin deyib ki, Amerikanın barələrində sanksiya qoyduğu İran rəsmilərinin adları bunlardır:

 

- İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani,

- “Bəsic” təşkilatının rəisi Qulamrza Süleymani,

- Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun katibi Möhsün Rzayi,

- “Sepah”ın koordinasiya şöbəsi rəisinin müavini Məhəmmədrza Nəqdi,

- İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin canişini Məhəmmədrza Aştiyani,

- İran Silahlı Qüvvələrinin Baş Qərargahının koordinasiya mərkəzinin rəisinin müavini Əli Abdullahi,

- “Dini lider” axund Əli Xamneyinin beytinin icraiyyə işləri üzrə köməkçisi Əli Əsğər Hecazi,

- Əli Xamneyi beytinin beynəlxalq işlər üzrə köməkçisi Möhsün Qomi.

 

Xatırladaq ki, yanvarın 2-dən 3-nə keçən gecə Bağdadın hava limanı yaxınlığında “Sepah”ın “Qüds” briqadasının komandanı Qasım Süleymani Həşdəş-Şəbi qruplaşmasının bir neçə rəhbəri ilə birlikdə Amerikanın hərbi hava  qüvvələrinin raket hücumuna məruz qalaraq məhv edilib. Hücum, ABŞ prezidenti Donald Trampın birbaşa əmri və göstərişi ilə həyata keçirilib.

 

 

Qasım Süleymaninin qətlə yetirilməsinə qarşılıq olaraq, “Sepah” terror təşkilatı yanvarın 8-i saat 02:00 radələrində Amerikanın İraqdakı iki hərbi bazasına onlarla raketlə hücum edib. Hücumda, Amerika hərbi qüvvələrinin yerləşdiyi “Eynül Əsəd” hərbi bazası və İraq Kürdüstanının Ərbil şəhərində yerləşən daha bir bazası hədəfə alınıb.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar