Amerika Birləşmiş Ştatlarının Yəhudi Humanitar Təşkilatı Ermənistanın son günlər Tovuz rayonunda törətdiyi təxribatlarla bağlı bəyanat yayıb.
Gunaz.tv
Dünən səhər saatlarında yayılan bəyanatda həmin ana qədər şəhid olmuş 3 Azərbaycan hərbçisinə görə xalqımıza baş sağlığı verilir, 5 yaralıya isə tezliklə şəfa arzulanır.
"Məlum olduğu kimi, iyulun 12-də Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artileriya qurğularından istifadə etməklə, Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutublar.
Buna adekvat cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını almışdır. Döyüş nəticəsində Azərbaycan ordusunun 3 hərbi qulluqçusu həlak olmuş, 5- yaralanmışdır.
Baş İdarəsi ABŞ-ın Nyu-York şəhərində yerləşən "Vaad L'Hatzolas Nidehei Yisrael" Yəhudi Humanitar Təşkilatı Ermənistan Silahlı Qüvvələrinin bu təxribat əməlini kəskin şəkildə qınayır və Ermənistan tərəfindən törədilən hazırki hadisəni təcavüz, güc tətbiq etmək aktı və növbəti təxribat hadisəsi kimi dəyərləndirir.
Bununla, belə hesab edir ki, hazırdaki gərginləşməyə görə məsuliyyət tam olaraq Ermənistan rəhbərliyinin üzərinə düşür.", - deyə bəyanatda qeyd edilir.

Ə.A