SON XƏBƏRLƏR

ABŞ İrana qarşı kəşfiyyat aparır... İran isə ABŞ əsgərləri üçün qəbir qazıyacaq

2021.10.20, 07:36
ABŞ İrana qarşı kəşfiyyat aparır... İran isə ABŞ əsgərləri üçün qəbir qazıyacaq

Gunaz.tv
ABŞ İrana qarşı kəşfiyyat aparır... İran isə ABŞ əsgərləri üçün qəbir qazıyacaq 4378.jpg ABŞ Konqresi prezident Corc Buşun xahişi ilə İrandakı hakim rejimi devirmək məqsədilə hərbi və kəşfiyyat əməliyyatlarının aparılması üçün 400 milyon dollar ayırıb. Bunu tanınmış amerikalı jurnalist, “The New Yorker” jurnalının əməkdaşı Seymur Hers yazıb. İnternetdə yayımlanan yazı “Döyüş meydanının hazırlanması” adlanır. Məqalədə ABŞ xüsusi xidmət orqanlarının İranda sabitliyi pozmağa yönəlmiş təxribatçı fəaliyyətlərə başladığı, rejim əleyhdarı olan müxalifətçi, hətta terrorçu təşkilatları dəstəklədiyi bildirilir. ABŞ-dan dəstək alan qruplar arasında PKK terror təşkilatının İrandakı qolu olan PJAK, eləcə də “Xalqın Mücahidləri” təşkilatı və sünni ərəblərin “Cundullah” təşkilatı da var. Müəllifin fikrincə, son vaxtlar İrana qarşı kəşfiyyat əməliyyatlarını genişləndirən ABŞ qarşı tərəfi qeyri-adekvat cavab tədbirlərinə təhrik etmək, bununla da ölkəyə hərbi müdaxilə üçün əsas yaratmaq niyyətindədir. İran Silahlı Qüvvələri isə müharibə olacağı təqdirdə düşmən əsgərlərini dəfn etmək üçün bütün hazırlıqların həyata keçirildiyini açıqlayıb. İran Silahlı Qüvvələrinin İtkin Əsgərlər Komitəsinin sədri General Mirveysəl Bağırzadə düşmən əsgərlərinin basdırılması üçün 320 minə yaxın məzarın qazılacağını söyləyib. Sərhədyanı şəhərlərin hər birində 20 min qəbirin qazılacağını deyən Bağırzadə düşmən əsgərlərinin qısa müddətdə torpağa tapşırılacağını bildirib. General dəfn mərasimlərinin İran Qızıl Aypara Cəmiyyəti, Ətraf Mühiti Mühafizə Qurumu, bələdiyyələr və digər könüllü təşkilatlar tərəfindən keçiriləcəyini qeyd edib. İranın Cenevrə Razılaşmasının şərtlərinə uyğun olaraq, Qızıl Xaç Cəmiyyəti ilə də işbirliyi qurulacağını söyləyən Bağırzadə: “Düşmən əsgərlərinin ailələrinin Vyetnam müharibəsində yaşadıqları müsibətin təkrarlanmasını istəmirik”, - deyib. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar