SON XƏBƏRLƏR

ABŞ İranın apardığı raket proqramına qarşı beynəlxalq məhdudiyyətlərin gücləndirilməsini tələb edib

2021.10.20, 07:36
ABŞ İranın apardığı raket proqramına qarşı beynəlxalq məhdudiyyətlərin gücləndirilməsini tələb edib

Gunaz.tv

GünazTV:ABŞ-ın BMT-dəki nümayəndə heyətinin başçısı Conatan Kohen (Jonathan Cohen) martın 7-də Təhlükəsizlik Şurasına yazdığı məktubunda İranın ballistik raket sınaqlarına toxunaraq, Tehranın raket proqramına qarşı beynəlxalq məhdudiyyətlərin gücləndirilməsini tələb edib.

 

Məktubda bildirilir ki, İran 2018-ci il dekabrın 1-də orta mənzilli bir ballistik raket sınaqdan keçirib, yanvarın 15-i və fevralın 5-də isə bir neçə peyki yer orbitinə çıxarmağa çalışıb: “İran bu üç raket sınağını keçirməklə, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozub və onun bu təhrikçi addımı bütün Orta Şərqdə sabitliyin pozulmasına səbəb olub.

 

Biz, İranın məhz bu addımlarını nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasından bizə qoşulmasını və İranın raket proqramına qarşı beynəlxalq məhdudiyyətləri yenidən  gücləndirməsini tələb edirik”.

 

İranın BMT-dəki nümayəndə heyətinin sözçüsü Əlirza Yusifi isə jurnalistlərə açıqlamasında Kohenin məsələ ilə bağlı Təhlükəsizlik Şurasına yazdığı məktuba reaksiya verib: “İranın nüvə silahını daşımağa qadir olan ballistik raketləri yoxdur. Nəticədə, BMT-nin 2231 saylı qətnaməsinə əsasən, bizim ballistik raket sınaqlarımıza hər hansı bir qadağa və məhdudiyyət qoyulmamalıdır”.

 

 

Qeyd edək ki, İranın 6 Qərb ölkəsi ilə imzaladığı nüvə sazişini təsdiq edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2231 saylı qətnamə, İrandan nüvə silahı daşımağa qadir olan hər hansı bir ballistik raket sınağından imtina etməsini tələb edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar