ABŞ İranla ölkədə həbsdə olan amerikalılarla bağlı müzakirələrə başlayıb

2021-02-22 13:15

Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bazar günü ABŞ-ın İranla ölkədə Amerika vətəndaşlarının saxlanması ilə əlaqədar kommunikasiyaya başladığını bildirib. O, amerikalıların saxlanmasını “tamamilə hiddət doğuran” bir vəziyyət kimi xarakterizə edib.

Gunaz.tv Quote | Gunaz article

"Amerikanın Səsi"nin verdiyi məlumata görə, İran son illərdə əsasən casusluq ittihamı ilə bir neçə amerikalı da daxil olmaqla, ikili vətəndaşlığı olan onlarla insanı həbs edib. İnsan haqları fəalları İranı bu həbslərdən digər ölkələr tərəfindən güzəşt məqsədilə istifadə etməyə çalışmaqda ittiham edir, lakin Tehran bu ittihamları rədd edir.


“Bu məsələ ilə bağlı İran tərəfi ilə əlaqə qurmağa başlamışıq” - deyə, Sallivan administrasiyanın İranla girov məsələsi ilə bağlı danışıqlara başlayıb-başlamadığı haqda sualı cavablandırarkən bildirib.


Sallivan CBS tele kanalına müsahibədə amerikalıların vətənə gətirilməsinin prezident Co Bayden administrasiyası üçün “vacib prioritet” olduğunu bildirib.


“Biz amerikalıların haqsız və qanunsuz olaraq həbsdə saxlanılmağa davam etdiyi uzunmüddətli bir mövqeyi qəbul etmirik” deyən Sallivan bunu “humanitar fəlakət” adlandırıb.


Sallivan Baydenin İranın nüvə silahı əldə etməsinin qarşısını almaqda “qərarlı” olduğunu və bunu etmək üçün diplomatiyanın ən yaxşı yol olduğunu əlavə edib.


Birləşmiş Ştatlar keçən həftə İranla Tramp administrasiyasının çıxdığı 2015-ci ildə sanksiyaların aradan qaldırılması müqabilində Tehranın nüvə silahları əldə etməsinin qarşısını almaq məqsədi ilə imzalanmış nüvə müqaviləsinə qayıtmaq üçün danışıqlara hazır olduğunu açıqlayıb.


“İran hələ cavab verməyib” – deyə, Sallivan bildirib.


İki ölkə ilk addımın kimin tərəfindən atılmalı olduğu barədə razılığa gələ bilmir. İran Xarici İşlər Nazirliyi bazar günü sanksiyalar ləğv edilmədiyi təqdirdə ABŞ-ın yenidən razılaşmanın tərəfi ola bilməyəcəyini bildirib. Vaşinqton isə Tehranın əvvəlcə razılaşmanın şərtlərinə əməl etməli olduğunda israr edir.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27

gun az article

Azərbaycan prezidenti iranlı jurnalistə irad bildirib+video

2021-02-26

gun az article

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

2021-02-26

gun az article

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2021-02-26

gun az article

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb

2021-02-26

gun az article

Amerika Suriyanın şərqində İranın dəstəklədiyi silahlıların mövqelərinə hücum edib

2021-02-26

gun az article

Çavuşoğlu: “Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - YENİLƏNİB

2021-02-25

gun az article

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

2021-02-25

gun az article

BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

2021-02-25

gun az article

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-24

gun az article

ABŞ və Avropanın üç böyük dövləti Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək

2021-02-17

gun az article

Ərdoğan: "Unutmayaq, vətəni öncə dil, sonra ordu qoruyar, türkcəmizə sahib çıxmalıyıq"

2021-02-17

gun az article

Səddam Hüseynin qızı Rəğd: İranın İraqa müdaxiləsi həqiqi hakimiyyətin olmadığına görə baş verir

2021-02-16

gun az article

Dünyada son sutkada 332 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-16

gun az article

ABŞ Türkiyə vətəndaşlarının kürd militantları tərəfindən qətlini qınayıb

2021-02-16

gun az article

İranın Rusiya ilə birgə təlimlərinin məqsədi açıqlanıb

2021-02-15

gun az article

İranlı diplomatın İstanbulda tutuqlanma görüntüləri yayılıb+video

2021-02-13