SON XƏBƏRLƏR

ABŞ İSRAİLİN İRANA HÜCUM EDƏCƏYİNDƏN NARAHATDIR

2021.10.20, 07:36
ABŞ İSRAİLİN İRANA HÜCUM EDƏCƏYİNDƏN NARAHATDIR

Gunaz.tv
ABŞ İSRAİLİN İRANA HÜCUM EDƏCƏYİNDƏN NARAHATDIR Pentaqonda hesab edirlər ki, ilin sonuna qədər müharibə başlaya və Amerikanın vəziyyəti mürəkkəbləşə bilər ABŞ-ın hərbi və kəşfiyyat dairələri İsrailin bu ilin sonunadək İrana qarşı hava əməliyyatlarına başlaya biləcəyindən narahatdır. Pentaqon nümayəndələrindən biri adının açıqlanmaması şərti ilə ABC kanalına açıqlamasında deyib ki, İsrail İrana hərbi zərbələri payızda endirə bilər. Onun sözlərinə görə, əgər İsrail İrana zərbələr endirsə ABŞ-ın dünyada və regionda vəziyyəti mürəkkəbləşəcək. Mənbə qeyd edib ki, İsrail bu yaxınlarda İrana hücum üçün manevrlər həyata keçirib. “Mossad”ın keçmiş yüksək rütbəli əməkdaşlarından biri isə deyib ki, İsrailin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün cəmi bir il vaxtı var. “Əgər sanksiyalar tezliklə nəticə verməsə hərbi əməliyyatlar yeganə seçim olacaq”. Xatırladaq ki, İran da müharibə hazırlıqlarına başlayıb, bu ölkənin “Şahab-3" ballistik raketləri start meydançalarında yerləşdirilib və İsrail hədəflərinə tuşlanıb. Amerikada İsrailin İrana hücum edə biləcəyi haqda xəbərlərin yayılmasındna sonra neftin qiyməti daha da artıb. Nyu York birjasında neftin qiymətinin 142 dolları keçdiyi bildirilir. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar