SON XƏBƏRLƏR

ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq

2021.10.20, 07:36
ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq

Gunaz.tv
ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılacaq 20080611133704_1.jpg İyunun 18-də ABŞ Konqresinin Nümayəndələr Palatasında Cənubi Qafqaz regionunda gedən son proseslərlə bağlı dinləmələr keçiriləcək. Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində dövlət katibinin müavini Daniel Frid Cənubi Qafqazda cərəyan edən hadisələr, gürcü-abxaz qarşıdurması, Dağlıq Qarabağ münaqişəsində son irəliləyişlər və sair məsələlər ətrafında komitə üzvlərinin suallarını cavablandıracaq. Bir gün sonra isə Senatın xarici əlaqələr komitəsində Marie Yovanoviçin Ermənistana səfir təyin olunması məsələsi müzakirə olunacaq. ABŞ Erməni Milli Komitəsi bu dinləmələrdə Ermənistanın Azərbaycan və Türkiyə tərəfindən “blokadaya” alınması, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması məsələlərinin diqqətdə olacağını bəyan edib. Xatırladaq ki, bundan əvvəl keçirilən dinləmədə səfir postuna namizəd Riçard Xoqland qondarma “erməni soyqırımı”nı tanımadığı açıq şəkildə bəyan etmişdi. APA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar