SON XƏBƏRLƏR

ABŞ Konqresinin 16 senatoru İranın “SWIFT” beynəlxalq maliyyə sistemindən çıxarılmasını tələb ediblər

2021.10.20, 07:36
ABŞ Konqresinin 16 senatoru İranın “SWIFT” beynəlxalq maliyyə sistemindən çıxarılmasını tələb ediblər

Gunaz.tv

GünAzTV: ABŞ Konqresinin 16 respublikaçı senatoru avqustun 23-də Amerikanın maliyyə naziri Stiven Mnuçinə birgə məktub yazaraq, İranın Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətindən “Swift” çıxarılmasını (qovulmasını) tələb ediblər.

 

Amerikanın Texas əyalətindən seçilən senator Ted Kruzun təşəbbüsü ilə yazılan məktubda bildirilir ki, İranın beynəlxalq maliyyə sistemindən təcili şəkildə çıxarılması üçün bütün tədbirlər həyata keçirilməlidir: “Tramp hökumətinin İrana qarşı maksimum təzyiq strategiyasının uğurla nəticələnməsi üçün bütün tədbirlərin sürətlə həyata keçirilməsi həyati bir məsələdir. Bu, İran rejiminin dağıdıcı rəftarını nəzərə alaraq, onun maliyyə mənbələrinin məhdudlaşdırılması üçün vacibdir.

 

Belə bir addımın atılması, həm də Amerikanın memarı olduğu sanksiyaların bütünlüyünün qorunub saxlanılması ilə bağlı üzərinə götürdüyü öhdəliyə sadiq qalmasının bir nişanəsi kimi sayıla bilər. Hesab edirik ki, nə qədər ki, İran İslam Respublikası “Swift”in üzvüdür, Vaşinqtonun Tehrana qarşı maksimum təzyiq strategiyası uğurlu olmayacaq”.

 

 

Qeyd edək ki, mərkəzi qərargahı Belçikada olan Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (“Swift”), məlumatların ötürülməsi, eləcə də ödənişlərin həyata keçirilməsi üçün beynəlxalq banklararası bir sistemdir.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar