SON XƏBƏRLƏR

ABŞ rəsmisi: “İrana qarşı sanksiyaların yeni mərhələsi avqustun 4-dən başlanacaq

2021.10.20, 07:36
ABŞ rəsmisi: “İrana qarşı sanksiyaların yeni mərhələsi avqustun 4-dən başlanacaq

Gunaz.tv

GünAzTV: ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma bölməsinin direktoru Brayan Huk iyulun 2-də jurnalistlərə açıqlamasında Vaşinqtonun İrana qarşı tətbiqinə hazırlaşdığı yeni sanksiyalardan danışıb.

 

Amerika prezidenti Donald Tramp hökumətinin İranla bağlı strategiyasını media nümayəndələrinə şərh edən Huk bildirib ki, Vaşinqtonun yeni sanksiyalar qoymaqda məqsədi, İran rejimini devirmək yox, onun rəhbərliyinin rəftrarını dəyişməkdir: “İrana qarşı sanksiyaların yeni mərhələsi avqustun 4-dən başlanacaq. Bu mərhələdə İranın maşınqayırma və qızıl ticarəti sektoruna sanksiya qoyulacaq.  Sanksiyaların növbəti mərhələsinin icrasına isə noyabrın 6-dan başlanacaq. Bu mərhələdə isə İranın energetika və bank sektoruna qarşı sanksiya tətbiq ediləcək.

 

Vaşinqtonun məqsədi, İranın neft ixracatını sıfıra endirməkdir. İran rejimi xalqın ölkədə islahatlar aparılması ilə bağlı qanuni tələbinə məhəl qoymur, Tehran, Xürrəmşəhr və digər yerlərdə insanların dinc etirazlarını zorakılıqla yatızdırır, repressiyaya məruz qoyur. Belə bir şəraitdə, Amerika hökuməti İran xalqının yanında durur. Həmçinin ABŞ-ın nüvə sazişindən çıxmasından bu yana, İranda insan hüquqlarını pozan, terrorçu fəaliyyətlərdə əli olan 53 şəxsə və quruma sanksiya qoyulub.

 

Aydın məsələdir ki, yeni sanksiyaların tətbiq olunmasında məqsəd, İran rejimini dəyişmək yox, islam respublikası rəhbərlərinin rəftarını dəyişmək, İran xalqının istəklərini gerçəkləşdirməkdir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar