SON XƏBƏRLƏR

ABŞ “Sepah”la əlaqədə olan daha 25 şəxsə və quruma sanksiya qoyub

2021.10.20, 07:36
ABŞ “Sepah”la əlaqədə olan daha 25 şəxsə və quruma sanksiya qoyub

Gunaz.tv

GünazTV: ABŞ Maliyyə Nazirliyi martın 26-da bəyanat yayaraq, İran İnqilab Keşiçiləri Korpusu “Sepah”la əlaqədə olan daha 25 şəxsə və quruma sanksiya qoyduğunu açıqlayıb.

 

Bəyanatda bildirilir ki, sanksiyaya məruz qalan fiziki şəxslər və qurumlar, İranda, Birləşmiş Ərəb Əmirliklərində və Türkiyədə saxta şirkətlər adı altında fəaliyyət göstərən, İranın Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən və “Sepah”a milyardlarla dollar pul çatdırılmasına yardım edən İran vətəndaşları və qurumlardır.

 

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin jurnalistlərə açıqlamasında bildirib ki, Nazirliyin barəsində sanksiya qoyduğu fiziki şəxslərdən biri də Türkiyə vətəndaşıdır: “Biz İranda, Birləşmiş Ərəb Əmirliklərində saxta şirkətlər adı altında fəaliyyət göstərən fiziki şəxslərdən ibarət böyük bir şəbəkəni hədəfə almışıq. Məqsədimiz isə, İranın qanunsuz yollarla milyardlarla dollar pulun köçürülməsi ilə bağlı planını pozmaqdır.

 

“Sepah” və İranın Müdafiə Nazirliyi hələ də sanksiyalardan yayınaraq, Orta Şərqdə sabitliyi pozmaq və terrorizmi maliyyələşdirmək üçün İran rejiminə yardım etməyə çalışırlar. Bunun isə hesab edirəm ki, qarşısı alınmalıdır” – deyə Mnuçin əlavə edib.

 

ABŞ Maliyyə Nazirliyinin sanksiyalar siyahısına daxil etdiyi şəxslər bunlardır: Məhəmmədrza Al Əli, Əlirza Ətabəki, Rza Dəstgiri, axund İbrahimi, İman Sədaqət, Əli Şəms Mövləvi, Süleyman Sakan (Türkiyə vətəndaşı), Əsədullah Seyfi və Məhəmməd Vəkili.

 

Barəsində sanksiya qoyulan qurumların adları isə belədir: Ənsar Bankı şirkəti, Ənsar sərrafisi (exchange-i) Ənsar informasiya texnologiyaları şirkəti, Türkiyənin Döviz Atlas Ticarət şirkəti, Atlas sərrafisi, “Golden Commodities” şirkəti (BƏƏ-də), Hital sərrafisi, “İraniyan Atlas” şirkəti, “Lebra-moon” şirkəti (BƏƏ-də), Naria şirkəti (BƏƏ-də), Sakan sərrafisi, Sakan Ticarət şirkəti (BƏƏ-də), “Best Lider” şirkəti (BƏƏ-də), Zaqros Pərdis şirkəti (İranın Kiş adasında).

 

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar