ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

2021-06-18 10:49

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın rəhbərliyi altında müttəfiq qüvvələrin Əfqanıstanı tərk etməsindən sonra Türkiyənin Kabul hava limanının mühafizəsini təmin edəcəyinə dair təklifini alqışlayıb.

Gunaz.tv Quote | Gunaz article

Sallivan jurnalistlərə deyib ki, bu həftənin əvvəllərində Brüsseldə keçirilən NATO sammitində ABŞ və Türkiyə prezidentləri Co Bayden və  Ərdoğan Türkiyənin Həmid Kərzay beynəlxalıq hava limanının mühafizəsini öz üzərinə götürməsi təklifini detallı şəkildə müzakirə ediblər: “İki lider işçi qruplara yekun təfərrüatlar üzərində işləmək tapşırığı veriblər. Lakin liderlər Türkiyənin Həmid Kərzay hava limanının mühafizəsində aparıcı rol oynayacağına açıq niyyət bildiriblər”.

Sallivan deyib ki, Ərdoğan bu məsələdə Türkiyəyə müəyyən dəstək lazım olacağını bildirmişdi və Bayden bu fikirlə razılaşıb.

Beynəlxalq hərbi qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra oradakı diplomatik missiyaların fəaliyyəti üçün hava limanının həlledici əhəmiyyəti olacaq. İyunun 14-də Brüsseldə keçirilən NATO sammitində prezidentlər Bayden, Ərdoğan və NATO komandanları Həmid Kərzay hava limanının işləməkdə davam etməsi üçün “keçid dövrü maliyyələşdirməsini” vəd ediblər.

Ərdoğan mətbuat konfransında deyib ki, bu işdə Türkiyəyə “diplomatik, loqistik və maliyyə dəstəyi” lazım olacaq. Türkiyənin hazırda Əfqanıstanda 500 hərbçisi var.

ABŞ prezidenti Əfqanıstandakı bütün Amerika qüvvələrinin 11 sentyabr terror hücumlarının 20-ci ildönümünədək bu ölkədən çıxarılmasını əmr edib. (azpost.info)

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31

gun az article

Meşə yanğınları Alanyaya çatdı - VİDEO

2021-07-31

gun az article

Yair Lapid: “Neft tankerimizə hücum İranın işidir və ona kəskin cavab verilməlidir”

2021-07-31

gun az article

Səfir Bilal Hayee: "Pakistan xalqı hər zaman Azərbaycan xalqının yanındadır"

2021-07-31