SON XƏBƏRLƏR

Tacikistan Qırğızıstanı sərhəddə təxribat törətməkdə ittiham edib

2022.06.05, 03:33
Tacikistan Qırğızıstanı sərhəddə təxribat törətməkdə ittiham edib

Gunaz.tv

Bu barədə Tacikistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Məlumata görə, buna Qırğızıstan hərbçilərinin Tacikistan ərazisinə qanunsuz keçməsi səbəb olub.

Nazirlik iyunun 3-də Tacikistan-Qırğızıstan sərhədində, Suqd rayonunun Vorux kəndi yaxınlığında baş vermiş silahlı insidenti Qırğızıstanın təxribatı adlandırıb.

"Tacikistan tərəfi Qırğızıstan tərəfinin qəsdən planlaşdırılan təxribatını pisləyir və gələcəkdə belə insidentlərin baş verməməsi üçün bütün razılaşmalara ciddi əməl etməyə çağırır", - bəyanatda deyilir. Eyni zamanda, sənəddə Tacikistanın Qırğızıstanla bağlı yaranan məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinə sadiqliyi vurğulanır.

Tacikistan və Qırğızıstanın birgə sərhədinin uzunluğu 980 km-dən çoxdur, Sovet İttifaqının dağılmasından sonra orada onlarla mübahisəli ərazi qalıb. İndiyədək delimitasiya və demarkasiya prosesində iki ölkə arasında 663 km-dən artıq sərhəd xətti müəyyən edilib və razılaşdırılıb. Bəzi ərazilərdə vaxtaşırı sərhədyanı rayonların sakinləri arasında münaqişələr baş verir. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar