SON XƏBƏRLƏR

ABŞ Tacikistana 60 milyonluq yardım ayıracaq

2022.05.05, 16:44
ABŞ Tacikistana 60 milyonluq yardım ayıracaq

Gunaz.tv

Bu barədə ABŞ-ın Düşənbədəki səfirinin müavini Bridcet Walker bildirib.

Onun sözlərinə görə, Tacikistan ordusuna ümumilikdə 2,3 milyon dollar dəyərində səkkiz yük maşını və ehtiyat hissələri verilib. 

"Bu ianə Tacikistan Silahlı Qüvvələrinə göstərdiyimiz yardımın yalnız bir nümunəsidir və Tacikistanın silahlı yaraqlılara qarşı özünü müdafiə qabiliyyətini artırmaq, narkotik ticarəti axınının qarşısını almaq öhdəliyimizi nümayiş etdirir", - Walker deyib. 

Diplomat əlavə edib ki, 1992-ci ildən bəri ABŞ hökuməti Tacikistana təlim proqramları, avadanlıq və infrastrukturu əhatə edən təhlükəsizlik sahəsində 330 milyon dollardan çox yardım edib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Qazaxıstan sərhədlərinin monitorinqini asanlaşdırmaq üçün bu ölkəyə "Raven" pilotsuz uçuş aparatları verib.  (modern.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar