SON XƏBƏRLƏR

Aclıq aksiyasında olan Məhəmmədrza Sübhxiz Təbriz zindanında xüsusi korpusa köçürülüb

2021.10.20, 07:36
Aclıq aksiyasında olan Məhəmmədrza Sübhxiz Təbriz zindanında xüsusi korpusa köçürülüb

Gunaz.tv

GünAz TV: Təbrizin Mərkəzi Zindanında təxminən 25 gündür aclıq aksiyası keçirməkdə olan Məhəmmədrza Sübhxiz şənbə günü xüsusi korpusa köçürülüb.


Əldə etdiyimiz məlumata görə, 12-ci korpusun məsulları məhbusu döyə-döyə təhqiramiz bir şəkildə yeni korpusa aparıblar.


Məlumata görə, uzun müddət aclıqdan sonra qan qusan və ağır vəziyyətdə olan məhbusun həkim tərəfindən müalicə olunmasına icazə verilmir.


Gənc məhbusun ailəsi onun səhhətindən ciddi nigarandır.


Bildirilir ki, Təbriz Mərkəzi Zindanının xüsusi adlanan korpusundan məhbusların tənbehi və işgəncəsi üçün istifadə olunur. Bu korpusda bir neçə təknəfərlik kamera var, orada günün bütün saatlarında tualetdən istifadə etmək mümkün deyil. Zindanın bu bölümündə istilik sisteminin olmadığı da bildirilir. Xüsusi korpusda saxlanılanlar ailə üzvləri ilə görüşüb vəya onlara zəng edə bilməzlər.


M.Sübhxiz və onun dosyesi ilə bağlı daha geniş məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz.

Məhəmmədrza Sübhxiz Təbrizin həbsxanasında ölüm ayağında



N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar