SON XƏBƏRLƏR

Rəşad Məmmədov: “Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr sadəcə gəlir əldə etmək üçün deyil”

2021.11.03, 08:38
Rəşad Məmmədov: “Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr sadəcə gəlir əldə etmək üçün deyil”

Gunaz.tv

Bunu Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin Qarabağ Zəfərinin 1 illiyinə həsr olunmuş tədbirində çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

Səfir bildirib ki, Azərbaycanın Türkiyəyə qoyduğu sərmayələr sadəcə gəlir əldə etmək üçün deyil, eyni zamanda, qardaş ölkənin infrastrukturu başda olmaqla bir sıra sahələrin də inkişafına yönəldilib.

Bunu iki ölkə arasındakı əsrlərə dayanan qardaşlığın ən gözəl nümunələrindən biri kimi qiymətləndirən diplomat eyni münasibətin Türkiyə tərəfindən də nümayiş etdirildiyini, işğaldan azad edilən ərazilərimizdə dövlətimiz tərəfindən aparılan bərpa-yenidənqurma işlərində də Türkiyənin yaxından iştirak etdiyini bildirib :

“İki qardaş ölkə hər sahədə olduğu kimi, iqtisadi cəhətdən də bir-birini qarşılıqlı investisiyalarla dəstəkləyir. Bakı-Tbilisi-Ceyhan boru kəməri iki ölkə iqtisadiyyatına böyük töhfə verir. Bundan əlavə, neft və təbii qaz sahəsində də görülən işlər, qurulan əməkdaşlıqlar ölkələrimizin birliyinin nəticəsidir”.

Azərbaycan ilə Türkiyə arasındaki strateji investisiyaların bundan sonra da əsrlər boyu iki qardaş ölkə xalqlarına xidmət edəcəyini vurğulayan səfir bunun Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyənin ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" şüarlarına əsaslandığını vurğulayıb.

Rəşad Məmmədov qeyd edib ki, bu ilin iyunun 15-də iki ölkə arasında imzalanan "Şuşa Bəyannaməsi" də məhz “Bir millət, iki dövlət” şüarının daha da güclənməsinə xidmət edir.

Səfir Türkiyə və Azərbaycan şirkətlərinin qarşılıqlı fəaliyyətini istiqamətləndirmək məqsədilə məlumat bazasının yaradılacağını və TAİB-in bu məlumatların şirkətlərlə paylaşılmasında yaxından iştirak edəcəyini bildirib. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar