SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İran bütün regionu təhdid edir”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İran bütün regionu təhdid edir”

Gunaz.tv

GünazTV: Dekabrın 6-da Romada regional məsələlərlə bağlı keçirilən danışıqlara qatılan Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr etdiyi çıxışında İranın region ölkələrinə qarşı gündən-günə artan təhdidindən danışıb.

 

O deyib ki, Səudiyyə Ərəbistanı Qərbin İrana qarşı maksimum təzyiq siyasətini dəstəkləyir: “İran bütün regionu təhdid edir. İranın regionda yürütdüyü ədavətli siyasətinə dözmək artıq mümkün deyil. İran, regionu və dünyanı təhdid edən imkanlarından məhrum edilməlidir. İslam inqilabının ixrac olunması prinsipinə inanan İran rejimi hələ də digər ölkələrin milli hakimiyyətə hörmətlə yanaşmır. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı müharibə tərəfdarı deyil, lakin hesab edirik ki, biz İrana qarşı daha kəskin mövqedən çıxış etməliyik.

 

Biz, İran rejiminin regional müdaxilələrinin qarşısını almaq üçün terrorizmə qarşı birgə mübarizə apardığımız kimi, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığımızı davam etdirəcəyik.

 

Yəməndə yaşanan böhrana gəlincə, hesab edirik ki, Yəmən probleminin yeganə həll yolu siyasi danışıqlardır. Yəmən savaşını biz yox, husilər başlayıb. Yəmən bizim üçün böyük önəm daşıyır.  İran hökumətinin Yəmənin daxili işlərinə qarışması fəlakətə səbəb olub. Bunun isə qarşısı alınmalıdır” –deyə, Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar