SON XƏBƏRLƏR

Adil Əl-Cübeyr: "İran gəmisində baş vermiş partlayışda bizim əlimiz yoxdur"

2021.10.20, 07:36
Adil Əl-Cübeyr: "İran gəmisində baş vermiş partlayışda bizim əlimiz yoxdur"

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil Əl-Cübeyr ötən həftə İranın "Sabiti" gəmisində baş verən partlayışlara görə ölkəsinə qarşı səsləndirilən ittihamlara cavab verib.

 

O, ittihamları rədd edib və Ərəbistanın partlayışda əli olmadığını deyib.

 

"Biz heç vaxt belə rəftarlara əl atmırıq. Biz heç vaxt belə addımlar atmırıq və bu, keçmişdə də belə olub", -deyə nazir əlavə edib.

 

Əl-Cübeyr həmçinin hadisə ilə bağlı ziddiyyətli məqamların olduğunu bildirib. O, İran rəsmilərindən bəzilərinin partlayışın raket hücumu nəticəsində baş tutduğunu və neftin dənizə sızdığını iddia etməsi, digərlərinin isə bunu təkzib etməsinin sual doğurduğuna diqqət çəkib.

 

Səudiyyəli nazir bütün bu halları nəzərə alaraq, qəti mühakimə irəli sürmək üçün İran tərəfinin apardığı araşdırmaların nəticələrini açıqlamasını gözləməyin daha düzgün olduğunu deyib.

 

Xatırladaq ki, ötən həftənin cümə günü İran media orqanlarında həmin günün səhər saatlarında bu ölkənin Milli Tanker Şirkətinə məxsus "Sabiti" gəmisində Səudiyyə Ərəbistanından 60 mil aralı, Qırmızı dənizdə partlayış baş verdiyi barədə məlumatlar dərc edilmişdi. Həmin xəbərlərdə iddia edilirdi ki, partlayışlar 20 dəqiqə fasilə ilə atılmış raketlərin nəticəsində meydana gəlib.

 

Həmin gün İranın rəsmi media qurumu "İrna" texniki mütəxəssislərə istinadən partlayıışların "terror aktı" olmasının istisna edilmədiyilə bağlı məlumat dərc etmişdi.

 

Beynəlxalq dəniz naviqasiyası şirkəti olan "Tanker Trackers" isə bir neçə ay öncə İrana məxsus digər tankerin də həmin ərazidə qəzaya uğradığı barədə məlumat yaymışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar