SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İranda müzakirədən danışıanların gücü və səlahiyyəti yoxdur”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İranda müzakirədən danışıanların gücü və səlahiyyəti yoxdur”

Gunaz.tv

GünazTV: Oktyabrın 24-də Fransaya səfər edən Səudiyyə Ərəbistanının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr “Liberacion” (Liberasion) qəzetinə müsahibəsində İran rəsmilərinin iki ölkə arasında müzakirə aparılması ilə bağlı səsləndirdiyi bəyanatlarına münasibət bildirib.

 

Səudiyyə Ərəbistanının İranla ixtilaflarını dinc yolla həllinin tərəfdarı olduğunu bildirən Adil əl Cübeyr deyib ki, İran rəsmiləri danışmaq əvəzinə əməli addım atmalıdırlar: “Hesab edirik ki, hər hansı bir tərəflə kompromisə getmək və ya onun atdığı addımlara göz yummaq nəticə vermir. Bizim üçün önəm daşıyan söz yox, əməldir.

 

İran hökumətiniun rəsmiləri yalnız danışırlar. Lakin onların gücü və səlahiyyəti yoxdur. İranda güc və səlahiyyətə malik olanlar isə “Sepah” və onun kimi qüvvələrdir. Onlar da hamıya bəlli olduğu kimi müzakirə tərəfdarı deyillər. Bir daha bildirirəm ki, İranla kompromisə getmək siyasəti nəticə verməyəcək. Məhz buna görə də hesab edirik ki, İranı danpışıqlar masasının arxasına çəkib gətirməyin yeganə yolu maksimum təzyiqin tətbiq olunmasıdır” -deyə, Səudiyyə Krallığının xarici işlər üzrə dövlət naziri Adil əl Cübeyr bəyan edib. 

 

 İranın xarici işlər naziri Məhəmmədcavad Zərif

 

Xatırladaq ki, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif oktyabrın 21-də jurnalistlərə açıqlamasında “Əl-Məsirə” telekanalına müsahibəsində Səudiyyə Ərəbistanı ilə münasibətlərdən danışıb: “Bir daha bildiririk ki, İran bölgədə yaşanan gərginliyin azaldılması üçün irəli sürülən hər bir təklifi müsbət qarşılayır. Biz, Yəmən savaşına son qoymaq məqsədilə atılan hər bir addımı dəstəkləyir və bu barədə istənilən tərəflə əməkdaşlıq edəcəyik. Mən həmçinin şərait yaranacağı təqdirdə, aramızakı ixtilafların həlli üçün Səudiyyə Ərəbistanına səfər eməyə hazıram” –deyə Məhəmmədcavad Zərif əlavə edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar