SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İranın düşmənçilik siyasətinə qarşı birgə mübarizədə tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İranın düşmənçilik siyasətinə qarşı birgə mübarizədə tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik”

Gunaz.tv

GünAzTV: Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr mayın 8-i axşam saatlarında özünün şəxsi “Twitter” səhifəsində yaydığı bir yazıda, Amerikanın İranla imzalanmış nüvə sazişindən çıxmasına münasibət bildirərək, ABŞ prezidenti Donald Trampın bu addımını müsbət qarşılayıb.

 

Əl Cüber bildirib ki, rəsmi Ər-Riyad, Trampın nüvə sazişinin ləğvi ilə bağlı qərarına dəstək verir: “Təəssüflər olsun ki, İran, sanksiyaların dondurulmasından sui-istifadə edərək, bölgədə sabitliyin pozulması istiqamətində fəaliyyətini genişləndirərək, terrorçu qruplaşmalara, o cümlədən də “Hizbullah” və husi yaraqlarına dəstəyini gücləndirməyə başladı. Bu isə qəbuledilməzdir.

 

Biz, Amerikanın nüvə sazişindən çıxması barədəki addımını təsdiq edir, onu müsbət qiymətləndirir və İrana qarşı iqtisadi sanksiyaların yenidən bərqərar olunmasını dəstəkləyirik. Biz, İranın bölgədə yürütdüyü düşmənçilik siyasətinə qarşı birgə mübarizədə, tərəfdaşlarımızla əməkdaşlığı davam etdirəcəyik”.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə jurnalistlər qarşısında çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib. İranı üzərinə götürdüyü öhdəliklərə əməl etməməkdə, terrorizmə dəstəkdə, bölgənin sabitliyinə qarşı çıxmaqda və özünün ballistik raketlərini inkişaf etdirməkdə günahlandıran Tramp, Vaşinqtonun İrana qarşı əvvəlki sanksiyaları bərpa edəcəyini bəyan edib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar