SON XƏBƏRLƏR

Adil əl Cübeyr: “İranın regiona müdaxiləsinin qarşısı alınmalıdır”

2021.10.20, 07:36
Adil əl Cübeyr: “İranın regiona müdaxiləsinin qarşısı alınmalıdır”

Gunaz.tv

GünAzTV: Aralıq dənizi bölgəsindəki vəziyyətlə bağlı Romada keçirilən beynəlxaq konfransa qatılmaq üçün İtaliyaya səfər edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr, dekabrın 1-də jurnalistlərə aqçıqlamasında İranın Livan “Hizbullah”ına dəstəyindən və onun region ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

 

Əl-Cübeyr bildirib ki, nə qədər ki, Livanda İranın dəstəklədiyi “Hizbullah” kimi bir qruplaşma var, bu ölkədə və bölgədə sülhə nail olmaq mümkün olmayacaq: “İran, bütün regionun sabitliyini pozaraq bölgəni qarşıdurma və çaxnaşma ilə üz-üzə qoyub. Bu isə qəbuledilməzdir. Hesab edirik ki, İranın 1979-cu il inqilabından başlatdırdığı və bu günə qədər davam etdirdiyi regiona müdaxiləsinin qarşısı alınmalı, bu prosesə son qoyulmalıdır.

 

Bir daha təkrar edirik ki, İranın dəstəklədiyi “Hizbullah” qruplaşması tərk-silah edilməyənə qədər, Livanda sülhün bərqərar olunması mümkün olmayacaq”.

 

Qeyd edək ki, Livanın radikal “Hizbullah” qruplaşması 1981-ci ildə İran İnqilab Keşikçiləri Korpusunun (Sepah-ın) əli ilə yaradılıb. İran, həmin qruplaşma vasitəsilə region məsələlərinə və Livan hökumətinin işinə qarışır, bölgədə rəsmi Tehranın diktə etdiyi siyasətini yürütməyə çalışır.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar