Adının türkcə olduğuna görə azərbaycanlı körpə “Ayıl”a sənəd verilmir

2021-01-23 09:30

Güney azərbaycanlı körpə “Ayıl”a adının türkcə olmasına görə doğum haqqında şəhadətnamə vermirlər.

Gunaz.tv Quote | Gunaz article

Ərdəbilli musiqiçi və milli fəal Səccad Colaninin qızı, Ayılın anadan olmasından 7 ay keçməsinə baxmayaraq valideynləri ona sənəd ala bilmıəyiblər.

 

Onlar öz övladlarına Azərbaycan mədəniyyətinə uyğun qoyduqları adı rəsmiləşdirmək üçün dəfələrlə Ərdəbil və İran “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nə müraciət etsələrdə buna müvəffəq ola bilməyiblər.

 

Türk dilindıə “oyan” anlamı verən “Ayıl” adına məsulların həssaaslığı ərdəbilli körpənin adının sənədləşdirilməsinə mane olur.
 

Ayıl “catarcte” göz xəstəliyindən əziyyət çəkir. Sənədi olmadığı üçün siğorta imkanlarından məhrumdur və bütün müalicə xərcləri “azad” ödənişlə neçə qat baha başa gəlir.

 

Eyni halda Ayıl sənədsiz olduğu üçün "sığorta, tibbi xidmətlər və ən vacib məsələ vaksinasiyadan məhrum durumdadır.
 

Səccad Colaninin Ərdəbil əyalətinin “Vətəndaşlığın Qeydiyyatı İdarəsi”nə çoxsaylı müraciətləri qarşısında idarə məsulları ona “biz mərkəzi sistemə tabeyik” cavabı vəriblər.

 

Körpənin anadan olandan sonra ada malik olması İranında imzaladığı “Uşaq Hüquqları Konvensiyası”nın ilkin prinsiplərindəndir. Ancaq İran hökuməti ardıcıl olaraq bu öhdəliyi yerinə yetirməkdən imtina edib və imzaladığı razılaşmaya əməl etmir.

 

Xatırladaq ki, bundan bir neçə ay öncə Xiyav (Meşgin) şəhərində anadan olan “Ozan” və “Varan” ekizlərinə, Tikantəpədə “Onur”a adlarının türkcə olduğu üçün sənəd verilməsi problemə çevrilmişdir.

 

İranın “vətəndaşlıq qeydiyyatı idarəsi”nin məsulları yalnız idarənin elektron siyahısında qeyd olunan adların sənədləşdirilməsinə icazə verirlər. Bu siyahıda isə demək olar ki türk adları yoxdur. "Türk adları"nın çoxu bu sistemdə qeydiyyata alınmır və təşkilat tərəfindən "qanunsuz" sayılır.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV March.04.2021-Sözümüz: Mən Dilimlə Yaşaram, Qarabağ Savaşından Sonra İranın Tutumu

2021-03-05

gun az article

GünazTV March.04.2021- Düşünməyə Çağırı: Millət Qurucuları

2021-03-05

gun az article

Türkiyə Prezidenti: “Qarabağda təhlükəsizliyin bərpasına yardım etməliyik”

2021-03-04

gun az article

İran mətbuatında türklərə qarşı təhqirlərə cavab olaraq “Firdovsi”nin adı küçə lövhələrindən silinib

2021-03-04

gun az article

Həmədan əyalətində narkomaniya və oğurluq artıb

2021-03-04

gun az article

Son 24 saatda Qəzvində 125 nəfər koronovirusa yoluxub

2021-03-04

gun az article

Təbrizli jurnalist məsulların qanunsuz bizneslərini ifşa etdiyinə görə mühakimə olunacaq

2021-03-04

gun az article

Zənganda antik əşya qaçaqçılarından 3 min illik antik əşyalar götürülüb

2021-03-04

gun az article

GünazTV March.03.2021-Görüş: İrançılıq qarşısında qeyri-fars millətlərin birliyi, Azərbaycan-İsrail dostluğu.

2021-03-04

gun az article

Təbrizdə divar yazıları ilə milli fəala dəstək veriblər

2021-03-03

gun az article

Təbrizdə güllələnən qadın həyatını itirib

2021-03-03

gun az article

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

2021-03-03

gun az article

GünazTV March.02.2021-Özümüz: Şu'ubiyyə

2021-03-03

gun az article

GünazTV March.02.2021 -GÜNDƏM MASASI: İranda toplumsal ümidsizliyin səbəbləri

2021-03-03

gun az article

Saman Bidar həbs edilib

2021-03-02

gun az article

Aydın Zakiri və Siyamək Seyfi Xiyav İnqilab Məhkəməsinə çağrılıblar

2021-03-02

gun az article

Qərbi azərbaycanda koronovirusa yoluxanların sayı 114 min nəfərə yaxınlaşıb

2021-03-02

gun az article

Qərbi Azərbaycan əyalətində 6 ayda 2 ton 402 kiloqram narkotik maddə aşkar edilib

2021-03-02

gun az article

Qəzvinin tarixi “Mominan” evi acınacaqlı durumdadır

2021-03-02

gun az article

Həmdan əyalətində “Britaniya” virusu xəbərdarlığı

2021-03-02