SON XƏBƏRLƏR

“Adrian Dərya 1” Tartus limanına yaxınlaşıb

2021.10.20, 07:36
“Adrian Dərya 1” Tartus limanına yaxınlaşıb

Gunaz.tv

GünAz TV: Amerikanın «Maxar Technologies Inc» kosmik şirkəti İranın “Adrian Dərya 1” adlı tankerinin hazırda olduğu yeri müəyyənləşdirə bilib.

 

Şirkətin çəkdiyi şəkillərdə tankerin Suriyanın Tartus limanına yaxınlaşdığı müşahidə edilir.

 

 

Təxminən 5 gün idi ki, gəminin hansı istiqamətdə hərəkət etdiyi barədə məlumat yox idi. Naviqasiya şirkətləri bildirirdilər ki, tanker Suriyaya tərəf yön aldıqdan sonra öz siqnal sistemini söndürüb.

 

Gəmi sonuncu dəfə öz yeri ilə bağlı məlumatı ayın 2-si, yəni Kiprlə Suriya arasında hərəkətdə olan zaman göndərmişdi.

 

İran gəminin göyərtəsində olan nefti satdığını bəyan edir. Buna görə də, yükün digər tanker və ya tankerlərə boşaldılacağı ehtimal edilir.

 

Xatırladaq ki, əvvəlcə adı "Grace 1" olan, sonra "Adrian Dərya 1"-ə dəyişdirilən gəmi Cəbəli-Tariqdə saxlanan zaman İran rəsmən onun Suriyaya getmədiyini bəyan etmişdi.

 

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo avqustun 30-da etdiyi çıxışda ölkəsinin adı çəkilən gəminin Suriyanın Tartus limanına getdiyi barədə əlində etibarlı məlumatların olduğunu demişdi.

 

Digər tərəfdən, ABŞ gəmiyə kömək edən hər bir şəxs və ya dövlətin cəzalandırılacağını deyib. Rəsmi Vaşinqton bu gəmiyə edilən köməyi terror təşkilatına edilən köməklə eyni dəyərləndirib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar