SON XƏBƏRLƏR

Rafael Qrossi İranda Şimali Koreya ssenarisinin təkrar olunması barədə xəbərdarlıq edib

2021.10.24, 23:34
Rafael Qrossi İranda Şimali Koreya ssenarisinin təkrar olunması barədə xəbərdarlıq edib

Gunaz.tv

O, rəsmi Tehranla diplomatiyanın məğlubiyyətə uğramasının sonrakı fəsadları barədə xəbərdarlıq edib.

İranın agentlik müfəttişlərinin həssas nüvə təsisatlarında quraşdırılmış kameralara nəzarətinə mane olduğunu bildirən Grossi deyib ki, rəsmi Tehranla diplomatiyanın məğlubiyyətə uğraması İranda Şimali Koreya ssenarisinin təkrar olunması ilə nəticələnə bilər.

“Başqa sözlə desək, diplomatiyanın uğursuzluğa düçar olması həm Orta Şərq regionu, həm də dünya üçün çox böyük siyasi nəticələrə gətirib çıxara bilər.

Baxmayaraq ki, İranın hazırda atom bombası istehsal etmək niyyətində olması barədə hər hansı bir nişanə yoxdur, lakin hüesab edirəm ki, dünya Şimali Koreyada nəyin baş verdiyini xatırlamalıdır. 

Şimali Koreya nümunəsi, diplomatik səylər uğursuz olarsa nə baş verəcəyini bizə xatırlatmalıdır”, -deyə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.

Qrossi həmçinin deyib ki, İbrahim Rəisi prezident seçiləndən sonra o İranın yeni hökuməti ilə birbaşa əlaqə yarada, təmasa girə bilməyib.

“Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla bircə dəfə belə danışmsmışam. Ümid edirəm ki, onunla tezliklə görüşəcəyik”, -deyə Qrossi bəyan edib. 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar