SON XƏBƏRLƏR

Naftali Bennet: “İran öz qanun pozuntularının bədəlini ödəməlidir”

2021.12.06, 08:45
Naftali Bennet: “İran öz qanun pozuntularının bədəlini ödəməlidir”

Gunaz.tv

O deyib ki, nüvə razılaşmasını canlandırmaq üçün Vyanada İranla danışıqlar aparan ölkələr Tehrana qarşı daha kəskin bir mövqe sərgiləməlidir.

“İranla danışıqlar aparan ölkələr Tehrana açıq və şəffaf şəkildə bildirməlidirlər ki, o, müzakirələr aparıldığı bir vaxtda uranı zənginləşdirməklə bağlı fəaliyyətini davam edə bilməz.

Hesab edirəm ki, İran İran öz qanun pozuntularının və törətdiyi bütün dağıdıcı əməllərinin bədəlini ödəməlidir”, -deyə İsrailin baş naziri Naftali Bennet bildirib.

Bu arada İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini, Vanada Qərblə nüvə danışıqları aparan İran nümayəndə heyətinin başçısı Əli Baqiri Kəni İtaliyanın “Ansa” agentliyinə müsahibəsində Amerikanın İrana qarşı tətbiq etdiyi bütün sanksiyaların ləğv edilməsini tələb edib.

O, nüvə raılaşmasına qayıtmaq üçün ilk addımda ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar tamamilə ləğv edilməlidir.

“Sanksiyalar ləğv ediməyincə biz Vyana dnışıqlarındakı mövqeyimizdən geri otrmayacağıq”, -deyə Əli Baqiri Kəni bəyan edib.

بیوگرافی و سوابق اجرایی علی باقری کنی + تصاویر - خبرگزاری آنا

                                                                                                                  Əli Baqiri Kəni

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Antoni Blinken dekabrın 3-də İranla Qərb arasında Vyanada aparılan danışıqların 7-ci mərhələsinin dayandırılmasından xəbər verib.

 O deyib ki, İran danışıqlara ciddi yanaşmadığına və müzakirələrdə irəliləyiş olmadığına görə, danışıqları dayandırılıb.
“Görünür ki, İran qarşılıqlı olaraq nüvə razılaşmasının şərtlərinin icrasına qayıtmaqda ciddi deyil. Məhz buna görə də biz danışıqların bu mərhələsinə son qoyduq” , -deyə ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib.

یکی از نشست‌های بین ایران و کشورهای باقیمانده در برجام در وین، پایتخت اتریش

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar