SON XƏBƏRLƏR

Naftali Bennet: “İsrail Tehranla imzalanan hər hansı bir nüvə razılaşmasına sadiq qalmayacaq”

2022.01.11, 10:49
Naftali Bennet: “İsrail Tehranla imzalanan hər hansı bir nüvə razılaşmasına sadiq qalmayacaq”

Gunaz.tv

O deyib ki, İsrail Yanada parılan danışıqlara Tehranla imzalanacaq mümkün hər hansı bir razılaşmaya sadiq qalmayacaq, bununla bağlı üzərinə heç bir öhdəlik götürməyəcək.

“İsrail İran məsələsi qarşısında necə davranmaq və bu barədə müstəqil qərar verməklə bağlı hüququnu qoruyub saxlayacaq. Çünki Tehran və onun dəstəklədiyi yarımhərbi təmsilçi qüvvələri İsrail üçün ən mühüm problem sayılırlar.

İran davamlı olaraq, öz proksi (təmsilçi) qüvvələri vasitəsilə İsraili təhdid edən, bizim sərhədlərimizə yaxınlaşmağa can atan bir ahtapotun başıdır. Elə buna görə də biz mütəmadi olaraq daimi müdafiə mövqeyindən daimi hücum mövqeyinə keçmişik.

Biz məhz həmin təhdidi nəzərə alaraq, gecə-gündüz İran və onun təmsilçi qüvvələrinin qarşısında dayanmışıq”, -deyə İsrailin baş naziri Naftali Bennet dünən Knessetin müdafiə və xarici işlər komitəsində etdiyi çıxışında bəyan edib.

Xatırladaq ki, İran lideri Əli Xamneyi yanvarın 9-da Qum şəhərinin bir qrup sakini qarşısında çıxış edərək ölkəsinin Vyanada Amerika ilə dolayısı yolla nüvə danışıqları aparmasına münasibət bildirib.

Xamneyi Amerikanı “zülmkar düşmən” adlandırsa da, iddia edib ki, düşmənlə müzakirə aparmaq və onunla bir növ sazişə gəlmək heç də Tehranın düşmən (Amerika-Red) qarşısında təslim olması demək deyil.

İran İslam Respublikası bu günə qədər Amerika qarşısında təslim olmayıb, bundan sonra da olmayacaq. Bu isə islam inqilabının prinsiplərindən biridir”, -deyə İran lideri Əli Xamneyi iddia edib.

Bununla da, Xamneyi Vyanada Qərblə nüvə danışıqları aparan İran nümayəndə heyətinə əvvəlki mövqeyindən geri çəkilməsinə və qarşı tərəfə, o cümlədən də amerikaya müəyyən imtiyazlar verməsinə yaşıl işıq yandırıb.

Qeyd etmək lazımdır ki, İranla Qərb arasında 2015-ci ildə imzalanmış nüvə razılaşmasını canlandırmaq üçün aparılan nüvə danışıqlarının 8-ci mərhələsi başa çatsa da, danışıqlarda bu günə qədər konkret hər hansı bir nəticə əldə olunmayıb.

راكتور هسته‌ای اراک

                                                                                                            Ərak nüvə reaktoru

A.M 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar