Naftali Bennetdən xəbərdarlıq: “İsrail nüvə silahlı İrana qarşı lazım olan addımı atacaq”

05.11.2021, 16:05

İsrailin baş naziri Naftali Bennet noyabrın 4-də İranın nüvə silahına yiyələnməsinin regiona və dünya sülhünə qarşı təhlükə və ziyanları barədə yenidən xəbərdarlıq edib.

Gunaz.tv Quote | Gunaz article

“Nüvə silahlı İrana qarşı ittifaq” adlı online şəkildə keçirilən illik konfransda çıxış edən Bennet deyib ki, İsrail nüvə silahına belə yiyələnən İran rejiminə qarşı lazım olanı edəcək, istənilən addımı atacaq.


“İranın nüvə silahlı bir ölkəyə çevrilməsi təqdirdə Türkiyə, Misir, Səudiyyə Ərəbistanı və bütün Orta Şərq ölkələri də nüvə silahına yiyələnəcəklər və buna çalışacaqlar, bu isə regiona və dünya sülhünə qarşı böyük bir təhdiddir. 


Lakin biz yorulmayacaq, ayaqdan düşməyəcəyik və yəhudi dövlətinin varlığı məsələsi gündəmə gələndə biz lazım və zəruri olan addımı atacağıq. 


İran dünyaya və İsrailin varlığına qarşı strateji bir təhdiddir, elə buna görə də hesab edirəm ki, biz Tehranın öz hədəfinə çatmasına imkan verməməliyik. Düşünürəm ki, İsrail və onun himayədarları öz təzyiqlərini İrna qarşı davam etdirməlidirlər.


Hesab edirəm ki, İsrail və onun müttəfiqi olan ölkələr İrana qarşı vahid bir cəbhə yaratmalı, onu gücləndirməli və birlikdə İran təhdidinin qarşısını almalıdırlar”, -deyə İsrailin baş naziri Naftali Bennet bildirib. 


A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İbrahim Rəisi Qərbi Azərbaycan əyalətinə səfər edib

2022-05-20

gun az article

"Əhmədrza Cəlali girov götürülüb"- Beynəlxalq Əfv Təşkilatı güneyli alimlə bağlı bəyanat yaydı

2022-05-20

gun az article

Təbrizdə mədəni fəal saxlanılıb

2022-05-20

gun az article

“Sözümüz” proqramında müzakirə: “Xordaddan indiyə, kimlikdən çörəyə” -VİDEO

2022-05-20

gun az article

Təbriz stadionunda Abbas Lisaniyə dəstək şüarları səsləndirilib-VİDEO

2022-05-20

gun az article

"Traxtur"- "Persepolis" oyununda qarşıdurma- Qarşılaşma yarımçıq dayandırılıb-VIDEO

2022-05-19

gun az article

Təbrizdə milli fəallar saxlanılıb

2022-05-19

gun az article

"Problemlərin həll olunmayacağı təqdirdə Rəisinin Qərbi Azərbaycana səfəri mənasızdır"- Millət vəkili

2022-05-19

gun az article

Zənganda məşhur tarixi bina yenidən yandı

2022-05-19

gun az article

SEPAH-ın saytı edama məhkum olunmuş güneyli alimlə bağlı material yayıb

2022-05-19

gun az article

"Görüş”də müzakirə: “İran rejiminə qarşı etirazlar davam edir” və “İran rejiminə qarşi etirazlar və Güney Azərbaycan millətinin tutumu”-VİDEO

2022-05-19

gun az article

Milli fəallar Çahar-Mahal və Bəxtiyari əyalətində türkcə yer adları bərpa edib

2022-05-19

gun az article

"Zülm altında inləyən xalqlarla birgə olacağıq"- Güney Azərbaycan Milli Hərəkatı kütləvi aksiyalara çağırış etdi

2022-05-18

gun az article

Təbrizdə çörək çatışmazlığı etirazlara səbəb olub

2022-05-18

gun az article

Türkiyə mediası İranda türk adlarına qarşı qadağadan yazıb-VİDEO

2022-05-18

gun az article

Urmu stadionunda milli şüarlar səsləndirilib

2022-05-18

gun az article

Ərdəbildə məşhur tarixi təpə dağıdılır

2022-05-18

gun az article

“Ərk” Azərbaycan İnsan Haqları Cəmiyyəti BMT-yə hesabat təqdim edib

2022-05-18

gun az article

“Özümüz” proqramında müzakirə: “Teymurilər” -VİDEO

2022-05-18

gun az article

BMT güneyli alimlə bağlı İran hökumətinə müraciət edib

2022-05-18