SON XƏBƏRLƏR

Ağ Ev: “İranla imzalanmış nüvə sazişində düzəlişlər edilməsə, Amerika bu razılaşmadan çıxmağa hazırdır”

2021.10.20, 07:36
Ağ Ev: “İranla imzalanmış nüvə sazişində düzəlişlər edilməsə, Amerika bu razılaşmadan çıxmağa hazırdır”

Gunaz.tv

GünAzTV: Ağ Ev sözçüsünün müavini Rac Şah, martın 26-da jurnalistlərə açıqlamasında Qərbin İranla imzaladığı nüvə sazişindən və Amerikanın bu razılaşmada qalıb-qalmayacağından danışıb.

 

Rac Şah deyib ki, əgər ABŞ prezidenti Donald Trampın sazişin şərtlərində dəyişikliklər edilməsi ilə bağlı tələbi təmin edilməsə, Amerika hökuməti bu razılaşmadan (“Bərcam”dan) çıxmaq məcburiyyətində qalacaq: “Donald Tramp, istər ABŞ Konqresi ilə münasibətlərində, istərsə də avropalı müttəfiqləri ilə apardığı fikir mübadiləsində bu sazişdə bəzi dəyişikliklər edilməsinə israr edir. Adın məsələdir ki, Trampın nüvə sazişində nəzərdə tutduğu dəyişikliklər həyata keçirilməsə və ona düzəlişlər edilməsə, o, bu razılaşmadan çıxmağa hazırdır”.

 

Qeyd edək ki, son aylar, Amerikanın müxtəlif rəsmiləri ayrı-ayrılıqda bəyanatlar səsləndirərək, Trampın yaxın həftələrdə nüvə sazişindən çıxacağı barədə xəbərdarlıq edirlər.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar