SON XƏBƏRLƏR

Ağ Ev: “Tramp və Netanyahu İranın regionda apardığı fəaliyyətinin qarşısının alınması yollarını müzakirə ediblər”

2021.10.20, 07:36
Ağ Ev: “Tramp və Netanyahu İranın regionda apardığı fəaliyyətinin qarşısının alınması yollarını müzakirə ediblər”

Gunaz.tv

GünAzTV: “ABŞ prezidenti Donald Tramp, İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon əlaqəsi saxlayaraq, İranın regionda apardığı dağıdıcı fəaliyyətinin qarşısının alınması yollarını müzakirə edib”. Bu barədə aprelin 4-də Ağ Ev rəsmi bəyanat yayıb.

 

Ağ Evin bəyanatında bildirilir ki, hər iki ölkə liderlərinin telefon danışığında, Orta Şərqdə baş verən son dəyişikliklərlə Suriya məsələsi müzakirə edilib və ABŞ prezidenti, Amerikanın İsrailin təhlükəsizliyini qorumaq üçün üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığını bəyan edib: “İki ölkənin liderləri həmçinin, İranın bölgənin sabitliyinə qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətinin, eləcə də rəsmi Tehranın regiona dağıdıcı nüfuzunun qarşısını almaq məqsədilə birgə əməkdaşlıq aparılmasının zərurətinə təkid ediblər”.

 

Bəyanatda, Trampla Netanyahunun telefon danışığında apardığı söhbətin təfərrüatı mediaya açıqlanmayıb.

 

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp, aprlin 3-də Səudiyyə Ərəbistanının kralı Salman Bin Əbdüləzizlə telefon əlaqəsi saxlayaraq, eyni mövzularda, o cümlədən də İranın region ölkələrinə qarşı apardığı təxribat xarakterli fəaliyyətinin qarşısının alınması barədə danışıqlar aparmış, hər iki ölkənin liderləri bu barədə birgə əməkdaşlığın əhəmmiyyətinə təkid etmişdilər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar