SON XƏBƏRLƏR

Çahar-Mahal və Bəxtiyaridə etirazçılara odlu silahlardan atəş açılıb

2022.05.19, 06:51
Çahar-Mahal və Bəxtiyaridə etirazçılara odlu silahlardan atəş açılıb

Gunaz.tv

Bu barədə sosial media fəalları və müstəqil media orqanları məlumat yayıb.

Məlumatda hökumət məmurlarının aksiyaçılara qarşı odlu silahlardan bir başa atəş açdıqları, ən azı bir nəfərin öldürüldüyü, bir neçə nəfərin yaralandığı bildirilir.

Gecə saat 23:00 radələrində başlayan etirazları yatırmaq üçün xüsusi qüvvələrin cəlb olunduğu, məlumatların yayılmaması üçün internetin tamamilə kəslidiyi qeyd olunub.

Bununla yanaşı media fəalları əyalətin Babaheydər şəhərində də aksiyaların davam etdiyi, bir nəfərin güllələnərək öldürüldüyü və cənazəsinin ailəsinə təhvil verilmədiyini yazıblar.

Onlar etirazçılardan onlarlasının saxlanılaraq naməlum yerə aparıldıqlarını və həbs olunanların kimliyi barədə dəqiq məlumat əldə etmənin mümkün olmadığını deyirlər.

“Azadlıq” radiosunun fars bölümü “Radio Fərda” Babaheydər, Farsan və Conqan şəhərlərində şiddətli qarşıdurmalar, öldürülən və yaralananlarla bağlı yaydığı məlumatda çox sayda yaralının tibb məntəqələrinə aparıldığını və silahlı məmurların onlara nəzarət etdiyini yazıb.

Bu günə kimi öldürülən etirazçılardan yalnız 6-nın kimliyinin bəlli olduğuna baxmayaraq, insan haqları təşkilatları onların sayının onlarla olduğunu, hökumətin əhalini dahada çox hiddətləndirməməsi üçün qətlə yetirdiyi şəxslərin meyitlərini gizlətdiyini bildirirlər.

Cavidan 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar